Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-696/2021 09.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “həyatyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması və tikintinin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ona məxsus torpaq sahəsində olan tikililərin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin həmin torpaq sahəsində Cavabdeh1 qardaşı X2 tikililəri var. O, torpağı alan zaman cavabdehlər torpaq sahəsində olan tikililərin tezliklə söküləcəyini bildirmişlər. Lakin, cavabdehlər həmin tikililəri sökmək istəmirlər. Hazırda o, torpaq sahəsində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Dəfələrlə cavabdehlərə torpaq sahəsindəki tikililərin sökülməsini xahiş etsə də, cavabdehlər həmin tikililərin sökülməsindən imtina etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanarkən 4500 manat və 100 manat notariat qaydada sənədləşmə zamanı ödəmişdir. Topaq sahəsi üzərində mülkiyyət hüquqlarının bəpa edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək bildirmişdir ki, onun iddiaçıya borcu olmuşdur və aralarında razılaşmaya əsasən iddiaçı ilə onun arasında alğı satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında o, borcunu ödəyənə qədər iddiaçıya torpaq sahəsi satmışdır. Pulu gecikdirdiyi üçün iddiaçıya 500 manat əlavə təzminat ödəməyi öz öhdəsinə götürmüşdür. Onun mülkiyyətində olan 4 sot torpaq sahəsindən 1,5 sot torpaq sahəsini iddiaçıya satmışdır.Torpaq sahəsinin üzərində sanitar qovşağı və digər tikililər vardır. Məhkəmədən iddiaçıya borclu olduğu pulu ödəmək üçün vaxt istəyir. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 0,0150 ha torpaq sahəsini alıcı İddiaçı 4500 manata satmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 0,0150 ha torpaq sahəsini İddiaçı 4500 manata satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ona məxsus torpaq sahəsində olan tikililərin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X4 mübahisəli torpaq sahəsini iddiaçıya alğısatqı müqaviləsi əsasında satdığını, həmin torpaq sahəsində sanitar qovşağı və digər tikililərin yerləşdiyini etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il qeydiyyat tarixli Çıxarış əsasında iddiaçıya məxsus olan Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı, iddiaçıya məxsus torpaq sahəsində olan tikililər cavabdehlər tərəfindən sökülməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan cavabdehlər X6 və Cavabdeh2 məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.0150 ha torpaq sahəsində inşa edilmiş sanitar qovşağının və digər tikililər mülkiyyətçi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, onun pozulmuş hüquqlarının bərpası üçün iddia təmin edilərək cavabdehlərin qanunsuz inşa etdiyi sanitar qovşağı və digər tikililər cavabdehlərin öz hesabına sökülməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı və İddiaçı Seyfulla oğluna məxsus torpaq sahəsində olan tikililərin cavabdehlər tərəfindən sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılsın və İddiaçı Seyfulla oğluna məxsus torpaq sahəsində olan tikililərin cavabdehlər tərəfindən sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-696/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-696/2021
09.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver