Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-71/2020 18.05.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı «İddiaçı” BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, «İddiaçı” BOKT MMC-nin cavabdehlər Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı” BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 282 saylı kredit müqaviləsinə xitam verilməsi; xx.xx.2018-ci il tarixinə hesablanmış Cavabdeh iddiaçının xeyrinə 30 000 manat əsas borc, 25803.60 manat məbləğində faiz borcu, 9868.63 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65672.23 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; tələbin DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi 280600759, seriya MN 0000863) xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiymətinin 70 000 manat məbləğində müəyyən edilməsi, həmin yaşayış evində yaşayan şəxslərin evdən çıxarılması, DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0735064) xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması,satışdan əldə olunan vəsaitdən «İddiaçı” BOKT MMC-yə olan borcunun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin cavabdeh tərəfə qaytarılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. «İddiaçı” BOKT MMC iddia tələbini onunla əsaslandırmışdır ki, BOKT ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli 282 kredit müqaviləsi Kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fərdi ev təmiri məqsədilə Cavabdeh əsasən 48 ay müddətinə illik 24% olmaqla, 30 000 manat kredit ayrılmışdır. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylığ ödəniş 978.06 manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi 280600759, seriya MN 0000863) xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən,48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş,xx xxxxxx 2015-ci il tarixli 282 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və bununla bağlı Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0735064, xx.xx.2015-ci il tarixli Çıxarış verilmişdir. «İddiaçı” BOKT MMC Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etmiş və kreditin məbləğini Cavabdeh vermişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə , şifahi və yazılı xəbərdrlığların edilməsinə baxmayaraq , öhdəliyini tam icra etməmişdi. Nəticədə xx.xx.2018-ci il tarixinə cavabdehin BOKT-a 30 000 manat əsas borcu, 25803.60 manat məbləğində faiz borcu, 9868.63 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65672.23 manat məbləğində qalıq borcu yaranmışdır. Qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında «İddiaçı” BOKT MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddianı müdaifə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 282 saylı kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fərdi ev təmiri məqsədilə Cavabdeh 48 ay müddətinə, illik 24% olmaqla, 30 000 manat kredit ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünürki, xx.xx.2018-ci il tarixinə cavabdehin BOKT-a 30 000 manat əsas borcu, 25803.60 manat məbləğində faiz borcu, 9868.63 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 65672.23 manat məbləğində borc təşkil edir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 282 saylı notarial qaydada təsdiq olunmuş Cavabdeh ilə «İddiaçı” BOKT MMC arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi 280600759, seriya MN 0000863) xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 139 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi 280600759, seriya MN 0000863) xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Cavabdehnna məxsusdu. İş materiallarında olan Reyestr nömrəsi **********09-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0735064, xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən İpoteka müqaviləsi MM-nin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun10.4- cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 30397 saylı rəyinə əsasən iddia tələbi tarixinə, yəni xx xxxxxx 2018-ci il tarixində Cavabdeh «İddiaçı” BOKT MMC- yə olan borcu ümumilikdə 49 865,00 manat məbləğində müəyyən edilir,o cümlədən 30 000 manat əsas borc, 19 865.00 manat faiz borcu təşkil edir. Məhkəmə eksper rəyini mötəbər sübut kimi qəbul edir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 70.000 manatdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, «İddiaçı” BOKT MMC ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli 282 kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fərdi ev təmiri məqsədilə Cavabdeh 48 ay müddətinə illik 24% olmaqla, 30 000 manat kredit ayrılması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışla Cavabdeh mülkiyyətində olan Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində «İddiaçı” BOKT-a əsas borc üzrə 30 000 manat manat, faiz borc üzrə 19 865.00 manat borclu qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni ev satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı«İddiaçı” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbi, həmçinin Cavabdeh bankın xeyrinə əsas borc üzrə 30 000 manat və faiz borc üzrə 19 865.00 manat məbləğində pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 9868.63manat məbləğində dəbbə pulu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Buna görə də, dəbbə pulunun 500 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti ekspertizanın rəyi nəzərə alınaraq, 70.000 manat dəyərində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh ilə «İddiaçı” BOKT MMCarasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh «İddiaçı” BOKT MMC-niin xeyrinə əsas borc üzrə 30 000 manat, faiz borcu üzrə 19 865.00 manat, dəbbə puluna görə 500 manat olmaqla, cəmi 50.365.00 manat məbləğində pul tutularaq ödənməli, borc ödənilmədikdə tutma Cavabdeh mülkiyyətində olan Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsi təmin edilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməli və iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin Cavabdeh bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. «İddiaçı” BOKT MMCilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin; Cavabdeh «İddiaçı” BOKT MMC-nin xeyrinə əsas borc üzrə 30 000(otuz min min) manat, faiz borcu üzrə 19 865.00 (on doqquz min səkkiz yüz altımış beş) manat, dəbbə puluna görə 500 manat olmaqla, cəmi 50.365.00 (əlli min üç yüz altımış beş) manat məbləğində pul tutulsun; borc ödənilmədikdə «İddiaçı” BOKT MMC-nin tutma tələbi Cavabdeh mülkiyyətində olan Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 4 otaqlı, 97.2 kv.m yaşayış sahəsindən, 48 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilsin. Açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsi təmin edilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehlər Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-71/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-71/2020
18.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver