Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-721/2023 25.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh4, onun və X19 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı3, İddiaçı4 üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X24 vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi tələbi barədə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, İddiaçı4 məhkəməyə ərizə ilə müraciət edərək, 13 mart 1986-cı 11 tarixdə vəfat etmiş X4 miras qalmış 20 yanvar 1967-ci il tarixli, 1144 nömrəli torpaq qeydinə əsasən ünvan 1 ünvanında yerləşən 262,8 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 25 mart 2011-ci il tarixdə vəfat etmiş X11, X11 ölümündən sonra isə onların, yəni İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, miras qoyan X17 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 babası, İddiaçı4 isə qayınatası olmuşdur. X5 20 yanvar 1967-ci il tarixli, 1144 nömrəli torpaq qeydinə əsasən ünvan 2 ünvanında yerləşən 262,8 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Qeyd edilən fərdi yaşayış evinin ünvanı halhazırda Quba şəhəri, Ə.Nərimanov küçəsi, ev 165-dir. Miras qoyan X1 Firuzə Abduləli qızı ilə xx.xx.1955-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1955-ci il tarixdə ataları-İddiaçı4 əri X20, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1952-ci il təvəllüdlü X21 və xx.xx.1958-ci il təvəllüdlü X22 adlı uşaqları anadan olmuşdur. X17 xx.xx.1986-cı il tarixdə X18 isə 06 mart 1986-cı ildə vəfat etmişdir. X8 vəfatından sonra X2 onlarla birlikdə Nəcməddin Əliyevdən miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqda davam etməklə mirası faktiki qəbul etmişdir. İddiaçı4 qeyd edilən evə gəlin gəldiyi gündən hal-hazıra kimi həmin evdə yaşayır, Mürsəl, Nigar və Pərvin isə hər üçü qeyd edilən evdə doğularaq boya-başa çatmışdır. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra da onlar babalarından atalarına, atalarından onlara miras qalmış fərdi yaşayış evində yaşayaraq miras əmlakı faktiki qəbul etmişdilər. Babalarının digər vərəsələri olan X21 xx.xx.1991-ci il tarixdə, X22 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X12 uşaqları iş üzrə cavabdehlər olan Cavabdeh4 X25r. X13 isə övladı iş üzrə Cavabdeh3dır, iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə miras qoyanın sağlığında ailə həyatı quraraq qeyd edilən evdən köçmüşlər. Göründüyü kimi vərəsələrdən X20 öz atası X5 miras qalmış əmlakı, daha sonra isə onlar X9 miras qalmış əmlakı fakitki qəbul etmişdilər. Hal-hazırda cavabdehlərlə aralarında miras əmlaka payın müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan notariusdan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəliblər. Göründüyü kimi miras əmlakı faktiki olaraq onlar qəbul etdiyi üçün onların vərəsəlik hüququ tanınmalı, miras əmlakdan tam pay müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını və iddiaçıların vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə paylarının müəyyən edilməsini xahiş etmişdir. Əlavə edərək Cavabdeh3 mirası qəbul etmədiyini, atası Vaqifin Bakı şəhərində ailə qurmaqla yaşadığını və miras əmlakda qızı Ayselin ümumiyyətlə yaşamadıqlarını bildirmişdir Məhkəmə iclasında Cavabdeh4 iddianı qismən qəbul etdiyini bildirmiş və təqdim etdiyi ərizədə qeyd etmişdir ki, İddiaçı1 “vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsinə dair” iddiasını qismən qəbul edir. Cavabdeh4 08 avqust 1980ci ildə Quba şəhəri Miçurin küçəsi (hazırda Ə.Nərimanov) küçəsi 165 saylı babası X14 və nənəsi X15 məxsus evdə anadan olmuşdur. X3 17 iyul 1952-ci ildə həmin evdə anadan olmuş, orada yaşamış və 1991-ci ildə həmin evdə vəfat etmişdir. Anası 1979-cu ildə həmin evə gəlin köçmüş və vəfat edənə qədər, yəni 13 avqust 2021-ci ilədək orada yaşamışdır. Miras qoyanın digər vərəsələri olan atasının bacıları Lalə və Səlimə Əliyevalar və qardaşı Vaqif Əliyev babasının və nənəsinin sağlığında ailə quraraq Bakı şəhərinə köçüblər və orada yaşayırlar. Hazırki iş üzrə mübahisəli ev babasının və nənəsinin sağlığında faktiki bölünmüşdür. Evin 2-ci mərtəbəsində babası və nənəsilə birlikdə onların ailəiylə (atası, anası, bacısı) yaşamışdırlar. Evin birinci mərtəbəsində əmisi Lətif Əliyev və ailəsi yaşamışlar. Hər mərtəbənin öz giriş-çıxış qapısı, ayrıca elektrik, qaz, su sayğacı və xətləri vardır. Həyətyanı sahə daş hasarla iki hissəyə ayrılıb. Həmin sahənin 1/4 hissəsi onların ailəsinin, ¾ hissəsi isə əmisinin ailəsinin istifadəsindədir. Beləliklə evin 2-ci mərtəbəsi 1979-cu ildən bu günə kimi, 24 il ərzində atası və anasının, sonra isə onun və ailəsinin istifadəsindədir. Həmin hissəyə onlar sahiblik və istifadə edirlər, özlərinə aid kommunal xərcləri ödəyirlər, əsaslı və cari təmiri həyata keçiriblər. Göründüyü kimi miras əmlakı babasının və nənəsinin ölümündan sonra X3, atasının ölümündən sonra isə o, anası və bacısı miras əmlakı qəbul etmişdilər.Yuxarıda şərh olunanları nəzərə alaraq babası X6 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə 1991-ci ildə vəfat etmiş X3nun, atasının ölümündən sonra isə onun Cavabdeh4 vərəsəlik hüquqlarının tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh4 və Əliyeva (Şıxəmmədova) Günay Aydın qızının nümayəndəsi və vəkili Vəkil, iddianı qismən qəbul edərək vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər.. Məhkəmə, Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların vəkilinin, cavabdehin və cavabadehlərin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 20 yanvar 1967-ci il tarixli, 1144 nömrəli torpaq qeydinə əsasən ünvan 2 ünvanında yerləşən 262,8 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan İİİ-ЖГ 281658 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X10 arasında xx.xx.1982-ci ildə nikah bağlanmış, nikahdan sonra qadın “Əliyeva” soyadını qəbul etmişdir İş materiallarında olan Xızı rayon Qeydiyyat şöbəsinin vəkil sorgusuna verilmiş xx.xx.2022-ci il tarıxli məlumatından məlum olur ki, X17 oğlu ilə X18 arasında nikah xx.xx.1955-ci ildə Xızı rayonu Qasımkənd icra nümayəndəliyində qeydə alınmışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarıxli arayışından görünür ki, X17 xx.xx.1986-cı ildə Quba şəhərində vəfat etmiş, xx.xx.1986-cı il ölüm haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarıxli arayışından görünür ki, X18 xx.xx.1986-cı ildə Quba şəhərində vəfat etmiş, xx.xx.1986-cı il ölüm haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 489393 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 128 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 150645 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X22 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 533 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarıxli arayışından görünür ki, X20 xx.xx.1955-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, atası- X17, anası- X18 qeyd edilmişdir. X20 xx.xx.2011-ci il tarixində vəfat etmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri, 18 saylı Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 8i-8294 nömrəli reyestrdə qeyd edilmiş ərizədən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh1 mərhum anası X7 irs qalmış (yayış, (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edir. Gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbi olmayacaq. İş materiallarına əlavə olunan Bakı şəhəri, 18 saylı Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 8i-8295 nömrəli reyestrdə qeyd edilmiş ərizədən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh1 mərhum atası X5 irs qalmış (yayış, (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edir. Gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbi olmayacaq. İş materiallarına əlavə olunan Bakı şəhəri, 21 saylı Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 8i-6820 nömrəli reyestrdə qeyd edilmiş ərizədən görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh2 mərhum anası X7 irs qalmış (yayış, (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edir. Gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbi olmayacaq. İş materiallarına əlavə olunan Bakı şəhəri, 18 saylı Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş 8i-6821 nömrəli reyestrdə qeyd edilmiş ərizədən görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh2 mərhum atası X5 irs qalmış (yayış, (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edir. Gələcəkdə onun əmlakına dair heç bir iddia və tələbi olmayacaq. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixdə Quba şəhərində X26, X27, X28, İddiaçı1 və Cavabdeh4 iştirakı ilə tərtib olunan Aktdan görünür ki, X5 miras qalmış ünvan 2 ünvanında yerləşən 262,8 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində onun beş övladından ikisi- X20 və X21 vəfat edən günədək həmin evdə yaşamış, digər övladları, o cümlədən, X22 həyat yoldaşı Sevil Əliyeva və qızı Cavabdeh3 ilə birlikdə valideynlərinin sağlığında daimi yaşamaq üçün başqa yerə köçmüş, 1985-ci ildən Bakı şəhərində yaşayırlar. Aktın doğruluğu imzalarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan X8 vəfatından sonra miras əmlak onun vərəsələri X20 və X21 tərəfindən faktiki qəbul edilmiş, X20 və X21 vəfat etdikdən sonra isə onların övladları miras əmlakı faktiki qəbul etmişlər. Digər vərəsə X22 hələ miras qoyanın sağlığında köçməklə miras açıldıqdan sonra da mirasın qəbulunda ifadə edilə hərəkətlər etməmişdir. Göründüyü kimi hazırda miras əmlak X20 və X12 vərəsələri olan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh4 və Əliyeva (Şıxəmmədova) Günay Aydın qızı tərəfindən qəbul edilməklə idarə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarına əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Vərəsələr Cavabdeh2 və Cavabdeh1 mirasdan imtina etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1265-ci maddəsinə əsasən mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun. Beləliklə də, X4 qalmış miras əmlak 20 yanvar 1967-ci il tarixli, 1144 nömrəli torpaq qeydinə əsasən ünvan 1 ünvanında yerləşən 262,8 kv/m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 52.3 kv/m fərdi yaşayış evinə vərəsələri X11 ölümündən sonra onun oğlu-İddiaçı1 1/8 hissə, qızı- İddiaçı21/8 hissə, qızı- İddiaçı3 1/8 hissə və həyat yoldaşı - İddiaçı4 1/8 hissə, digər vərəsə- X12 ölümündən sonra oğlu- Cavabdeh4 1/4 hissədə və qızı- Əliyeva (Şıxəmmədova) Günay Aydın qızının 1/4 hissədə pay hüququ müəyyən edilməklə vərəsəlik hüquqlar tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. X4 miras qalmış 20 yanvar 1967-ci il tarixli, 1144 nömrəli torpaq qeydinə əsasən ünvan 1 ünvanında yerləşən 262,8 kv/m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 52.3 kv/m fərdi yaşayış evinə vərəsələri X11 ölümündən sonra onun oğlu - İddiaçı1 1/8 hissə, qızı-İddiaçı2 1/8 hissə, qızı- İddiaçı3 1/8 hissə və arvadı - İddiaçı4 1/8 hissə, vərəsə - X12 ölümündən sonra oğlu - Cavabdeh4 1/4 hissədə və qızı- Əliyeva (Şıxəmmədova) Günay Aydın qızının 1/4 hissədə payları müəyyən edilməklə vərəsəlik hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-721/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-721/2023
25.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver