Məhkəmə qərarları › İş №2(027)-723/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-723/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-723/2025 19.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1924-cü il tarixdə doğulmuş anası – X3 26 fevral 2003-cü il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx xxxx 1954-cü il tarixdə Quba şəhərində doğulmuşdur. X2 26 fevral 2003-cü ildə vəfat etmiş, Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən anasının ölümünü rəsmiləşdirməmiş, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X1 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. Ona görə də o, anası İzzət İbrahimovanın ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs imtina məktubu və arayışı ilə X3 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon mərkəzi xəstəxanasına da müraciət etmiş lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X1 26 fevral 2003-cü ildə ölməsi və Quba şəhər qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin anası İzzət İbrahimovanı sağlığında yaxşı tanımış, sonuncu onun qonşusu olmuşdur. İzzət İbrahimova həqiqətən də 26 fevral 2003-cü il tarixdə vəfat etmiş və qonşuların iştirakı ilə Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. O İzzət İbrahimovanın dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçinin anası İzzət İbrahimova da onun xalasıdır. İzzət İbrahimova 26 fevral 2003-cü il tarixdə vəfat etmiş və Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. O İzzət İbrahimovanın dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZE № 0******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır; XİX-JQ № 568417 pasportun surətindən görünür ki, X4 1924-cü ildə Quba şəhərində doğulmuşdur; Quba bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 26 fevral 2003-cü il tarixdə vəfat etmiş və Quba şəhəri ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir; AZ-T № 294175 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi anasıdır; Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 05/Q-262 nömrəli məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 ölümü ilə bağlı Quba RMX-da heç bir məlumat olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin alınması məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 26 fevral 2003-cü il tarixdə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 1924-cü il tarixdə Quba şəhərində doğulmuş X3 26 fevral 2003-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1924-cü il tarixdə Quba şəhərində doğulmuş X3 26 fevral 2003-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar