Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-774/2023 17.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Quba rayonu, Güləzi kəndində doğulmuş bacısı X2 06 iyun 2000-ci il tarixdə Quba rayonu, Güləzi kəndində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun bacısıdır. O, xx.xx.1984-cü il tarixdə Quba rayonu, Güləzi kəndində anadan olmuş, orta təhsilini həmin kənddə almışdır. Bacısı 06 iyun 2000-ci il tarixdə iri və +xırda buynuzlu heyvanların otarılması üçün atası dağda örüş sahəsində növbədə olmuş, bacısı və anası atasının yanına yemək aparmış, anası evə qayıdıb gəlmiş, bacısı Ülviyyə isə bir iki saatlıq atasına kömək məqsədilə örüş sahəsində qalmışdır. Günortadan sonra iri buynuzlu heyvanlar meşəyə getdiyindən atası inəklərin arxasınca meşəyə getmiş, Ülviyyə isə qoyunların yanında qalmışdır. Atası qayıtdıqda Ülviyyəni orada görməmiş, evə qayıtdığını düşünmüşdür. Lakin axşam saatlarında evə qayıtdıqda Ülviyyənin evə gəlmədiyini görmüşdür. Həmin vaxtdan sonra Ülviyyədən xəbər ala bilməmişlər. Ülviyyənin itkin düşməsi barədə atası Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, onun axtarılması üçün tədbir görülsə də heç bir nəticəsi olmamışdır. Bundan sonra 2005-ci ildə atası Balaməmməd Məmmədkərimov təkrar olaraq bacısı Ülviyyənin axtarılması üçün Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də nəticəsi olmamışdır. Ülviyyə Məmmədkərimovanın itkin düşdüyü vaxtdan bu günədək artıq 23 ilə yaxın müddət keçmiş, həmin müddət ərzində Ülviyyə Məmmədkərimovanın sağsalamat olması barəsində heç bir xəbər və məlumat əldə etməmişlər. Hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar, X1 ölmüş elan edilməsinin müəyyən olunması tələb olunur. Valideynlərinin hər ikisi vəfat etdiyindən bacısı Ülviyyə Məmmədkərimovanın ölümüş elan edilməsi üçün o məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X11 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə Quba rayonu Güləzi kəndində anadan olmuşdur, Valideynləri qrafasında atası – X3, anası – X6 olaraq qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 qeydiyyat şöbəsində ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi X2 bacısıdır. İş materiallarında olan Quba rayon polis şöbəsinin Qonaqkənd polis bölməsinin xx.xx.2005-ci il tarixli 14 saylı məktubundan görünür ki, yazılan şikayət ərizəsi sübuta yetmədiyi üçün həmin materiallar naryadla işə alınmışdır. İş materiallarında olan Quba rayon polis şöbəsinin Qonaqkənd polis bölməsinin xx.xx.2000-ci il tarixli 111 saylı məktubundan görünür ki, cinayət işinin başlanması rədd edilmiş və onun tapılması üçün rayonlararası axatrış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi tələbinin əsası kimi bacısı X2 2000-ci ildə Quba rayonu Güləzi kəndində itməsini və bir daha geri qayıtmamasını göstərir. Həqiqətən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Ərizəçi, bacısının axtarılması ilə bağlı Quba RPŞ-nin Qonaqkənd polis bölməsinə xx.xx.2000-ci il və xx.xx.2005-ci il tarixlərdə müraciət etmiş və bu vaxtdan 23 il sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1984-cü il tarixdə Quba rayonu, Güləzi kəndində doğulmuş bacısı X4 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1984-cü il tarixdə Quba rayonu, Güləzi kəndində doğulmuş X4 ölmüş elan edilsin. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi gün bacısı X2 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-774/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-774/2023
17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver