Məhkəmə qərarları › İş №2(027)-779/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-779/2021

30.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-779/2021 30.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X2, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 və onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə tərəflərin verdiyi barışıq sazişinə baxaraq baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Bələdiyyəsinin 17 saylı, 29 yanvar 2002-ci il tarixli Sərəncamı ilə Quba şəhəri, 24-cü məhəllə ərazisindən ona ayrılaraq verilmiş 500 kv.m torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması, ona məxsus torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə barışıq sazişini təqdim edərək bildirdi ki, cavabdehlərlə barışıq sazişi imzaladıqlarını, barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 bildirdi ki, tərəflər iş üzə barışıq sazişi bağlamış, iddiaçının cavabdehlərdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi Vəkil2 da məhkəməyə verdiyi izahatlarında barışıq sazişi bağlandığını və mülki işin icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, məhkəməyə təqdim edilmiş barışıq sazişini araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən Mülki-Prossesual qanunvericilik normalarının məzmunundan görünür ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, mülki iş üzrə icraata xitam verməlidir. Bununla da işin icraatı başa çatır. Eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə təkrar müraciət etmək hüququ itirilir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. Cavabdeh2 İddiaçı ona və Cavabdeh1 qarşı olan Quba Bələdiyyəsinin 17 saylı, 29 yanvar 2002-ci il tarixli sərəncamı ilə Quba şəhəri, 24-cü məhəllə ərazisindən ona ayrılaraq verilmiş 500 kv.m torpaq sahəsi tələbinə dair iddiasından imtina etməsi ilə əlaqədar İddiaçı 5000 (beş min) manat məbləğində pul verir.

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Quba Bələdiyyəsinin 17 saylı, 29 yanvar 2002-ci il tarixli sərəncamı ilə Quba şəhəri, 24-cü məhəllə ərazisindən ona ayrılaraq verilmiş 500 kv.m torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması, ona məxsus torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiadan imtina etdiyi üçün Cavabdeh2 5000 (beş min) manat məbləğində pul alır.

3. İddiaçı Quba Bələdiyyəsinin 17 saylı, 29 yanvar 2002-ci il tarixli sərəncamı ilə Quba şəhəri, 24-cü məhəllə ərazisindən ona ayrılaraq verilmiş 500 kv.m torpaq sahəsinə dair heç bir zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh1, ümumiyyətlə sözügedən torpaq sahəsilə bağlı heç bir şəxsə qarşı iddia tələbi olmayacaqdır.

4. Cavabdeh2 Quba şəhəri, 24-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsilə ilə bağlı İddiaçı və Cavabdeh1 qarşı heç bir iddia tələbi olmayacaqdır.

5. Cavabdeh1 Quba şəhəri, 24-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsilə ilə bağlı İddiaçı və Cavabdeh2 qarşı heç bir iddia və tələbi olmayacaqdır.

6. İddiaçı bu şərtlərlə razıdır.

7. Cavabdeh2 bu şərtlərlə razıdır.

8. Cavabdeh1 bu şərtlərlə razıdır. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Məhkəmə həmçinin, hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, Quba Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(027)-779/2021 saylı qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Quba şəhəri, 24-cü məhəllə ərazisində yerləşən İddiaçı məxsus 500 kv. metr həyətyanı torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadəyə və tikinti işlərinin aparılmasına qadağa qoyulması barədə iddianın təmini tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsində cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması iddianı təmin tədbiri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 157.1 və 157.2-ci maddələrinə əsasən iddianın təmin tədbirləri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 162.1, 191.1, 261.0.5, 262.4, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 30 avqust 2021-ci il tarixli barışı sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh2 İddiaçı ona və Cavabdeh1 qarşı olan Quba Bələdiyyəsinin 17 saylı, 29 yanvar 2002-ci il tarixli sərəncamı ilə Quba şəhəri, 24-cü məhəllə ərazisindən ona ayrılaraq verilmiş 500 kv.m torpaq sahəsi tələbinə dair iddiasından imtina etməsi ilə əlaqədar İddiaçı 5000 (beş min) manat məbləğində pul verir.

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Quba Bələdiyyəsinin 17 saylı, 29 yanvar 2002-ci il tarixli sərəncamı ilə Quba şəhəri, 24-cü məhəllə ərazisindən ona ayrılaraq verilmiş 500 kv.m torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması, ona məxsus torpaq sahəsinin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiadan imtina etdiyi üçün Cavabdeh2 5000 (beş min) manat məbləğində pul alır.

3. İddiaçı Quba Bələdiyyəsinin 17 saylı, 29 yanvar 2002-ci il tarixli sərəncamı ilə Quba şəhəri, 24-cü məhəllə ərazisindən ona ayrılaraq verilmiş 500 kv.m torpaq sahəsinə dair heç bir zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh1, ümumiyyətlə sözügedən torpaq sahəsilə bağlı heç bir şəxsə qarşı iddia tələbi olmayacaqdır.

4. Cavabdeh2 Quba şəhəri, 24-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsilə ilə bağlı İddiaçı və Cavabdeh1 qarşı heç bir iddia tələbi olmayacaqdır.

5. Cavabdeh1 Quba şəhəri, 24-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsilə ilə bağlı İddiaçı və Cavabdeh2 qarşı heç bir iddia və tələbi olmayacaqdır.

6. İddiaçı bu şərtlərlə razıdır.

7. Cavabdeh2 bu şərtlərlə razıdır.

8. Cavabdeh1 bu şərtlərlə razıdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Quba Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(027)-779/2021 saylı qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Quba şəhəri, 24-cü məhəllə ərazisində yerləşən İddiaçı məxsus 500 kv. metr həyətyanı torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadəyə və tikinti işlərinin aparılmasına qadağa qoyulması barədə iddianın təmini tədbiri ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar