Məhkəmə qərarları › İş №2(027)-783/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-783/2021

18.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-783/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş, torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qardaşlarına ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestir Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu İspik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 oğlanları tərəfindən yaradılmış maneələri aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı hazırkı mübahisə ilə bağlı Quba rayon məhkəməsinin icraatında mülki işinin olduğunu, cavabdehin hüquqi varisi müəyyən edilənə kimi həmin iş üzrə icraatın dayandırıldığını bildirmişdir. Ona görə də ərizəsinin geri qaytarılmasını xahiş edir. İş üzrə iddiaçı X2 Quba Rayon Məhkəməsinə ərizə təqdim edərək idda ərizəsinin və ona əlavə olunmuş sənədlərin geyri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsəliklə bağlı notariat kontoruna müraciət etmədiklərini və vərəsəlik haqda şəhadətnamə almadıqlarnı bildirmişlər. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya eyni tələb üzrə qanunvericiliyin tələbinə əsasən yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş, torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı eyni tələb üzrə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar