Məhkəmə qərarları › İş №2(027)-786/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-786/2021

09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-786/2021 09.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi, maraqlı tərəf Maraqlı şəxsnə qarşı vəfat etmə faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində doğulmuş övladı Məmmədova Ayşən Ziyaddin qızının xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Osmanova (Məmmədova) Güllər Osman qızı ilə ailə qurmuşdur. Birgə nikahlarından Quba rayonu, Aşağı-Atuc kəndində xx xxxxxx 1995-ci il tarixdə Ayşən adlı qızları doğulmuşdur. Qızları xəstə olduğundan xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində vəfat etmişdir. X27 rayonu Aşağı-Atuc kənd qəbiristanlığında qohumların və qonşuların iştirakı ilə dəfn olunmuşdur. X1 xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində ölməsi və kənd qəbristanlığında dəfn olunması ərizəsinə əalvə etdiyi şahidlərin iştirakı ilə tərtib olunmuş Akt ilə də təsdiq olunur. Həmin vaxt qanunu bilmədiklərindən qızının ölümünü rəsmiləşdirə bilməmişlər. Hazırda vərəsəlik mübahisəsinin həll ilə əlaqədar qızı Ayşən Məmmədovanın ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Quba rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2021-ci il tarixli, 229 saylı məktubu ilə Ayşənin ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladı Məmmədova Ayşən Ziyaddin qızının xx xxx 1997ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qızının xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində ölməsini və Aşağı-Atuc kənd qəbristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə Quba rayonu Aşağı-Atuc kənd sakinləri X9, X11, X5, X4 və X12 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, Quba rayonu, Aşağı-Atuc kəndində xx.xx.1995-ci ildə anadan olmuş X7 xx.xx.1997ci il tarixdə vəfat etmişdir. X2-Atuc kənd qəbristanlığında onların iştirakı ilə dəfn edilmişdir. İş materiallarında olan nikah haqqında xx xxxxxxxx 1992-cı il tarixdə verilmiş Vİ-JQ seriyalı, 278815 №-li şəhadətnamədən görünür ki, X9 ilə X15 arasında nikah xx.xx.1992ci ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1992cı il sentyabr ayının 06 günü 12 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx xxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 732354 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə X6 birgə nikahından xx.xx.1995-ci il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli, 110 №li arayışından görünür ki, X7 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Quba rayonu Aşağı-Atuc kənd sakini Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 229 №-li məktubundan görünür ki, qeydiyyat orqanı tərəfindən X3 ölümünün qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Quba rayonu İHB-nın Aşağı-Atuc İƏD üzrə nümayəndəliyinin Quba rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, Aşağı- Atuc kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən kənd sakinləri ilə aparılan söhbətlər əsasında məlum olmuşdur ki, xx xxxxxx 1995-ci ildə Quba rayonu Aşağı-Atuc kəndində anadan olmuş X8 xx xxx 1997-ci il tarixində Quba rayonu, Aşağı-Atuc kəndində vəfat etmiş və kənd sakinlərinin iştirakı ilə Quba rayonu Aşağı-Atuc kənd qəbrsitanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində Ərizəçi həyat yoldaşı olduğunu, onlar xx.xx.1992-ci il tarixdə ailə qurduqlarını, birgə nikahlarından xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində Ayşən adlı qızları doğulduğunu, uşaq xəstə olduğu üçün xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində vəfat ediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X4 və X20 ifadələrində Ərizəçi qızı X3 xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində ölməsini və Quba rayonu Aşağı-Atuc kənd qəbristanlıqda dəfn edilməsini, onun dəfn mərasimində iştirak etdiklərini, X3 ölməsi faktının Maraqlı şəxsndə qeydə alınmasından imtina olunduğunu bildirmişlər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Məmmədova Ayşən Ziyaddin qızının xx xxxxxx 1995-ci il tarixdə doğulması, xx xxx 1997-ci ildə ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi, qızı X3 ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində doğulmuş X3 xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində doğulmuş Məmmədova Ayşən Ziyaddin qızının xx xxx 1997-ci il tarixdə Quba rayonu, Aşağı-Atuc kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar