Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-801/2022 08.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı–X1 09 mart 2004-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, onun 12 avqust 1984-cü il tarixdə anadn olmuş qızı X4 09 mart 2004-cü il tarixdə xəstələnərək vəfat etmiş və Quba rayon 2-ci Nügədi qəbristanlığında dəfn edilmişdir. O və ailə üzvləri səhlənkarlıq edərək onun ölümünü vaxtında qeydə aldırmamışlar. O, hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, ona görə də 09 mart 2004-cü il tarixdə vəfat etmiş qızı Şahnaz Aslanovanın ölümü haqqında şəhadətnamə tələb olunur. O, 09 mart 2004-cü il tarixdə vəfat etmiş qızı Şahnaz Aslanovanın ölümünü Maraqlı şəxsndə qeydə alınıbalınmaması barədə sənəd tələb etdikdə, Maraqlı şəxs 27 dekabr 2021-ci il tarixli məktubu ilə qızı Ş.Aslanovanın ölümü X8 qeydə alınmadığı ona görə də məhkəməyə müraciət etməsi tövsiyyə ediblər, ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinə əlavə etdiyi qızı Şahnaz Aslanovanın doğum şəhadətnaməsindən müəyyən olur ki, X4 12.08.1984-cü ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olub, X4 09 mart 2004-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəsinə əlavə etdiyi fotoşəkillərdən aşkar olur ki, qızı Şahnaz Aslanova 09 mart 2004-cü il tarixdə vəfat etmiş və onun baş daşında 09 mart 2004-cü il tarixdə vəfat etməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi onun qonşusudur. Onun qızı Şahnaz 09 mart 2004-cü il tarixdə yaşadıqları Quba rayonu, İİ Nügədi kəndində xəstəlikdən yaşadığı evində vəfat etmiş və iştirakları ilə Quba rayonu, İİ Nügədi kənd qəbristanlğında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçi onun qonşudur. Ərizəçinin qızı X4 həqiqətən də 09 mart 2004-cü il tarixdə vəfat etmiş və Quba rayonu, İİ Nügədi kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № 0******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır. İş materiallarında olan X-JQ seriyalı 340120 №li doğum haqqında şəhadətnamədən görünür ki, 12.08.1984-cü il tarixdə doğulmuş X4 Ərizəçi qızıdır. İş materiallarında olan Maraqlı şəxs 27 dekabr 2021-ci il tarixli arayışından görünür ki, X4 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 2001-2007ci illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 27.12.2021-ci il tarixli 05/Q-752 nömrəli məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan 10.03.2022-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kənd sakinləri X6, X7, X2, X3 və Ərizəçi iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, X4 12 avqust 1984-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, ağır xəstəliyə düçar olduğuna görə 09 mart 2004-cü ildə o, Quba rayonu 2-ci Nügədi kəndinin 6-cı məhəlləsindəki qəbristanlğında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X1 09 mart 2004-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, X1 09 mart 2004-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 09 mart 2004-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-801/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-801/2022
08.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver