Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-805/2024 28.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X16 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 1988-ci ildə Quba şəhərində xəstələnib vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 28 iyul 1988-ci ildə Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, anası X8 28 iyul 1988-cı ildə Quba şəhərində vəfat etmişdir və Quba şəhər qəbirstanlığında dəfn edilmişdir. O, səhlənkarlıq edərək vaxtında anasının ölümünü qeydiyyat orqanlarında rəsmiləşdirməmişdir. O, hal-hazırda vərəsəlik məsələsini həll edir. Ona görə də anasının ölümü haqqında şəhadətnamə tələb olunur. O, anasının ölmünün qeydə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubu ilə anasının ölmünü qeydiyyat şöbəsində qeydə alınmadığını və anasının ölümünün onların tərəflırindən qeydə alınmasının mümkün olmadığını bildirib ona məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinə əlavə etdiyi doğum haqqında şəhadətnamədən aşkar olur ki, onun anası X8 onun doğma anasıdır. Ərizəsinə əlavə etdiyi ölüm haqqında şəhadətnamədən aşkar olur ki, atası X4 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Ərizəsinə əlavə etdiyi nikah haqqında şəhadətnamədən aşkar olur ki, atası X4 ilə anası X8 arasında xx.xx.1931-ci il tarixli nikah qeydi mövcuddur. Ərizəsinə əlavə etdiyi andan aşkar olur ki, həmin aktla anası X2 1988-ci ildə ölməsi təsdiq olunur. Ərizəsinə əlavə etdiyi Maraqlı şəxs məktubundan və arayışından aşkar olur ki, anası X2 ölmü Maraqlı şəxsndə qeydə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X23 ərizəni qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçi onun bacanağıdır. Ərizəçinin anası Əzrə 28 iyul 1988-ci ildə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun qonşudur. Ərizəçinin anası Əzrə 28 iyul 1988-ci ildə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı 693395 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə doğulmuş, atası X10, anası X3r; İş materiallarında olan Maraqlı şəxs 04 dekabr 2023-cü il tarixli, 431 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X8 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 1985-1991-ci illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-686/2023 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Quba şəhərində Ərizəçi, X11, X9, X1 iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktından görünür ki, X7 anası X8 28 iyul 1988-ci ildə Quba şəhərində vəfat edib və Quba şəhər qəbristanlığında dəfn edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 28 iyul 1988-ci ildə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, X2 28 iyul 1988-ci ildə Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 28 iyul 1988-ci ildə Quba şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-805/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-805/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver