Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-806/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 13 aprel 1924-cü il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X4 28 oktyabr 2000-ci il tarixdə Quba rayonu, İ-Nügədi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 13 aprel 1924-cü il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuşdur. Daha sonra anası ilə ailə qurmuş və faktiki ailə münasibətlərindən xx.xx.1965-ci il təvəllüdlü X8 və digər bacı və qardaşları anadan olmuşdur. X2 anadan olduğu gündən Quba rayonu, 1-ci Nügədi kəndində yaşamış, 28 oktyabr 2000-ci il tarixdə vəfat etmişdir. X2 Quba rayonu, 1-ci Nügədi kənd qəbirstanlığında dəfn edilmişdir. Atası ölən vaxt yas mərasimləri keçirilmiş, həmin vaxt bütün tanış və qohumlar bu mərasimdə iştirak etmişlər. Lakin həmin vaxt qanunu bilməməzlikdən atasının ölümünü rəsmiləşdirməmişdir. Atasının həmin vaxt ölməsini ərizəyə əlavə etdiyi məzar daşının fotoşəkil və Quba rayon İHB-nin 1-ci Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 135 nömrəli arayışdan da görmək mümkündür. X13 ölümünün rəsmiləşdirilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin idarədən 03 fevral 2023-cü il tarixli, 05/Q-45 nömrəli məktub ilə ölümün qeydə alınmasının mümkün olmadığı bu səbəbdən də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar və atası Qəzənfər kişini də yaxından tanımışdır. Qəzənfər kişi 2000-ci ildə vəfat etmiş, dəfnində və yas mərasimlərində yaxından iştirak etmişdir. Mərhum 1-ci Nügədi kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur X2 bir müddət xəstə olmuş və sonra vəfat etmişdir. 1-ci Nügədi kənd qəbirstanlığında dəfn etmişlər. Qonşuları və yaxın tanışları olaraq dəfn və yas mərasimlərində iştirak etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 48 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1997- 2003-cü illərdə ölüm haqqında akt qeydlərində X6 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan İİİ-ЖГ 617780 seriya və nömrəli SSRİ vətəndaşının pasportunun surətindən göründüyü kimi, X6 13 aprel 1924-cü il tarixdə Azərbaycan SSR Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan SSR Quba rayon İcraiyyə Komitəsi daxili işlər şöbəsi tərəfindən ona 26 yanvar 1977-ci il tarixdə pasport verilmişdir. İş materiallarında olan JN 1688, kod 30319018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən məlum olur ki, Quba rayonu AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə X5 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.23 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 135 nömrəli Quba rayonu 1-ci Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, 1-ci Nügədi kənd sakini olmuş X6 28 oktyabr 2000-ci il tarixdə vəfat etmiş, 1-ci Nügədi kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/Q-45 nömrəli məktubundan görünür ki, X6 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 13 aprel 1924-cü il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X6 28 oktyabr 2000-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində vəfat etmişdir. Belə ki, ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 13 aprel 1924-cü il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X4 28 oktyabr 2000-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 13 aprel 1924-cü il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X4 28 oktyabr 2000-ci il tarixdə Quba rayonu, İ-Nügədi kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-806/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-806/2023
26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver