Məhkəmə qərarları › İş №2(027)-817/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-817/2022

08.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-817/2022 08.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “X1 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 20 aprel 1938-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X1 20 iyul 1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1968-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. X2r. Atası 20 aprel 1938-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, 20 iyul 1997-ci il tarixdə isə vəfat etmiş və Quba rayon Alpan kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilməməzlikdən atasının ölümünü rəsmiləşdirməmiş, bundan sonra isə atasının ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. Atasının ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 31 yanvar 2022-ci il tarixli məktubu və arayışı ilə X1 1994-2000-ci illərdə ölümünün qeydə alınması ilə əlaqədar müraciətinə cavabında X4 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən X4 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. X10 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır və atasının ölümündən uzun müddət keçdiyi və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə alınmadığı üçün məhkəmədən kənar qaydada atasının ölməsini təsdiq edən ölüm haqqında şəhadətnaməni ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Atasının 20 iyul 1997-ci il tarixdə ölməsi və Quba rayonu, Alpan kənd qəbirstanlığından dəfn edilməsini həmin mərasimlərdə iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. X1 1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktını ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkili və Alpan bələdiyyəsinin arayışı ilə də bir daha təsdiq olunur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 və X6 20 aprel 1938-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X4 20 iyul 1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etməsi faktının ifadələri ilə təsdiq etmişlər. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. Onun X2r. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 arasında 30.08.1957-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan 40 nömrəli, 31.01.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X8 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba rayonu, Alpan kənd Bələdiyyəsinin 10.02.2022-ci il tarixli arayışından görünür ki, 20 aprel 1938-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X4 20 iyul 1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etmiş və Quba rayon Alpan kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan məzar daşı fotoşəkillərindən görünür ki, X8 20 aprel 1938-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş və 20 iyul 1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 20 aprel 1938-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X4 20 iyul 1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 20 aprel 1938-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X4 20 iyul 1997-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar