Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-820/2024 02.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası xx.xx.1959-cu il təvəllüdlü X5 uzun sürən xəstəlikdən sonra xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Daiqnoz Xərçəng xəstəliyi. Qeyd edir ki, mərhum atası xeyli müddət idi ki, xərçəng xəstəliyindən özəl xəstəxanalarda mütəmadi olaraq müayinə olunmuş, müraciətlərini evdə davam etdirirdi. xx.xx.2023-cü il tarixdə vəziyyəti ağırlaşdığına görə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına çağırış etmişlər və saat 16:30 radələrində təcili tibbi yardım briqadası gələrək mərhum atasının artıq vəfat etdiyini bildirdilər. Mərhum atası Xaçmaz rayonunun Palçıqoba kənd qəbristanlığında dəfn olunmuşdur. Hazırda mərhum atası xx.xx.1959-cu il təvəllüdlü X3 ölüm haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır. Bununla bağlı “Abeşron Rayon Mərkəzi Xəstəxanası” X11 mərhum atası xx.xx.1959-cu il təvəllüdlü X3 tibbi şəhjadətnamənin verilməsi barədə müraciət etsə də, sözügedən xəstəxana tərəfindən ona imtina cavabı verilmişdir. Eyni zamanda mərhum atası xx.xx.1959-cu il təvəllüdlü X3 ölüm haqqında şəhadətnmaənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçi onun dayısı oğludur. Ərizəçinin atası Teymurşah xx.xx.2023-cü ildə vəfat etmiş və Xaçmaz rayonu, palçıqoba kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XV-JQ seriyalı 437384 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə doğulmuş, atası X5, anası X1r; İş materiallarında olan Xaçmaz RİHB-nin Çinartala kənd İƏD-nin nümayəndəsinin 06 fevral 2024-cü il tarixli 74 №li arayışından görünür ki, 01 mart 1959-cu il təvəllüdlü mərhum X5 25 dekabr 2023-cü il tarixdə Xaçmaz rayon Palçıqoba kənd qəbristanlğında dəfn olunmuşdur. İş materiallarında olan Quba Regional “ASAN Xidmət№ X4 xx.xx.2024-cü il tarixli 3- 16-5/8-xx-xx/2024 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 xx.xx.2023-cü il tarixdə ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-820/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-820/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver