Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-839/2022 29.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 1949-cu il tarixdə Quba şəhərində doğulmuş arvadı X1 11 iyul 1990-cı il tarixdə Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, Əzizə İsmayılova onun həyat yoldaşıdır. Əzizə İsmayılova 16 iyun 1949-cu il tarixdə Quba şəhərində doğulmuş, orta təhsilini Quba şəhərində almış, 25 avqust 1966-cı il tarixdə onunla –Ərizəçi ilə rəsmi nikaha daxil olaraq İsmayılova soyadını qəbul etmişdir. Əzizə İsmayılova vəfat etdiyi günədək Quba şəhərində yaşamış, 11 iyul 1990-cı il tarixdə Quba şəhərində vəfat etmiş və qonşuların iştiraki ilə Quba şəhər qəbiristanlığında dəfn edilmişdir. X9 11 iyul 1990-cı il tarixdə Quba şəhərində ölməsi və Quba şəhər qəbiristanlığında dəfn olunması əzrizəyə əlavə etdiyi şahidlərin iştirakı ilə tərtib və təsdiq olunmuş 22.01.2022-ci il tarixli Aktla da təsdiq olunur. Hazırda vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar arvadı X1 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 19 yanvar 2022ci il tarixli 05/Q-33 saylı məktubu ilə X1 ölümünün qeydə alınmasının qeyri mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də, qanunvericiliyin tələbinə əsasən arvadı X1 11 iyul 1990-cı il tarixdə Quba şəhərində vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Həyat yoldaşının 11 iyul 1990-cı il tarixdə Quba şəhərində ölməsi və Quba şəhər qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ərizəçi onun qonşusudur. Onun həyat yoldaşı X2 11 iyul 1990-cı il tarixdə Quba şəhərində vəfat etmiş və Quba şəhər qbristanlğında dəfn edilmişdir. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X7 və X8 da Şirin Nəbiyevin ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № 0******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba şəhəri, Gənclər küçəsi ev 18 ünvanda yaşayır; Qeydiyyat Şöbəsinin 25.01.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X3 16.06.1949-cu il tarixdə anadan olmuşdur; Maraqlı şəxs 25.01.2022-ci il tarixli çıxarışından görünür ki, Ərizəçi ilə X3 arasında nikah 25 avqust 1966-cı il tarixdə bağlanmış və nikahdan sonra arvad «İsmayılova» soyadını qəbul etmişdir; Quba bələdiyyəsinin 28 dekabr 2021-ci il tarixli, 113 №li arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı mərhum X2 11.07.1990-cı il tarixdə vəfat etmiş və Quba şəhər ərazisində yerləşən qəbiristanlğında dəfn olunmuşdur. Dəfn xərcləri Ərizəçi tərəfindən ödənilmişdir; Maraqlı şəxs 19.01.2022-ci il tarixli 05/Q-33 nömrəli məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; 22 yanvar 2022-ci il tarixdə Quba şəhər sakinləri X7, X6 və X4 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, Ərizəçi arvadı 16 iyun 1949-cu il tarixdə Quba şəhərində doğulmuş X2 11 iyul 1990-cı il tarixdə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbiristanlğında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, İsmayılova Əzizə Məmmədsaleh qızının 11 iyul 1990-cı il tarixdə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 16 iyun 1949-cu il tarixdə Quba şəhərində doğulmuş X1 11 iyul 1990-cı il tarixdə Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 iyun 1949-cu il tarixdə Quba şəhərində doğulmuş X1 11 iyul 1990-cı il tarixdə Quba şəhərində vəfat etməsi müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-839/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-839/2022
29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver