Məhkəmə qərarları › İş №2(027)-850/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-850/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-850/2023 17.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 iyun 1996-cı il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində doğulmuş X7 06 noyabr 2000-ci il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci il tarixdə Quba rayonu, Yenikənd kəndində doğulmuş, 06 iyun 1996-cı il tarixdə X8 ilə ailə qurmuşdur. Birgə nikahdan 22 iyun 1996-cı il təvəllüdlü X13 adlı uşağı doğulmuşdur. X5 uzun sürən xəstəlikdən sonra 06 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. X22 Quba rayonu, Gənclər qəsəbəsində yerləşən qəbirstanlıqda vəfat etmişdir. Həmin vaxt qanunu bilməməzlikdən və övladının ölümündən dərin sarsıntı keçirdiyindən oğlunun ölümünü rəsmiləşdirməmiş, bundan sonra isə oğlunun ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. X19 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, X7 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən X7 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X19 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik və digər sənədləşmə məsələlərinin həlli üçün lazımdır. Bu faktı başqa qaydada təsdiq etdirə bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X19 06 noyabr 2000-ci il tarixdə ölməsi və Quba şəhər, Gənclər qəsəbəsi qəbirstanlığında dəfn edilməsinə yas mərasimində iştirak etmiş qonşular və tanışları şahiddir. X25 körpə olduğu üçün el adəti üzrə ona məzar daşı düzəltdirməmişlər. Oğlu 22 iyun 1996-cı il təvəllüdlü X7 06 noyabr 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidlər X12 və X1 Mahir Rafiq oğlunun 06 noyabr 2000-ci il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində ölməsini təsdiq etmişlər. X2, X3 və X10 notarial qaydada vermiş olduqları aktdan görünür ki, onlar X7 06 noyabr 2000-ci il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində ölməsini təsdiq etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, şahidlər tərəfindən tərtib edilmiş aktı nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № ******** şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Gənclər qəsəbəsində yaşayır. İş materiallarında olan Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X13 06 noyabr 2000-ci il tarixdə Ərizəçi ilə X4 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-xx-xx/2023 nömrəli məktubundan görünür ki, X7 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X7 06 noyabr 2000-ci il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində ölümün təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 22 iyun 1996-cı il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində doğulmuş X7 06 noyabr 2000-ci il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 iyun 1996-cı il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində doğulmuş X7 06 noyabr 2000-ci il tarixdə Quba rayonu, Gənclər qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar