Məhkəmə qərarları › İş №2(027)-855/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-855/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-855/2021 24.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Quba rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 25 fevral 1963-cü ildə anadan olmuş atası X1 2018-ci ildə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 14 sentyabr 2012-ci il tarixdə Quba rayonun Qələdüz kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, 25 fevral 1963-cü ildə anadan olmuş atası X4 14 sentyabr 2012-ci il tarixdə Quba rayonun Qələdüz kəndində ölmüş və Quba rayonu Qələdüz kənd qəbirstanlığında dəfn olunmuşdur. Atası Eynulla evdə öldüyü üçün ölümü haqqında həkim sənədi olmadığı üçün ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Quba rayon Qeydiyyat şöbəsinin 05.03.2021-ci il tarixli məktubunda göstərilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Küpçal İƏD üzrə nümayənədəsinin 02.03.2021-ci il tarixli 143 №li arayışından görünür ki, Ərizəçi hal-hazırda nümayəndəliyin Qələdüz kəndində yaşayır. İş materiallarında olan 06 may 2021-ci il tarixdə Quba rayonu Qələdüz kənd sakinləri X6, X7, X5 və X3 oğlunun iştirakı ilə tərtib olunmuş Aktda göstərilir ki, X4 25 fevral 1963-cü il tarixdə Quba rayonu, Qələdüz kəndində anadan olmuş, 14 sentyabr 2012-ci ildə vəfat etmiş, Qələdüz kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 23 iyun 2021-ci il tarixli, 146 №li arayışından görünür ki, X4 barəsində Azərbaycan Respublikası Quba rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 23.06.2021-ci il tarixli, 05/Q-340 №-li məktubundan görünür ki, həmin şöbə tərəfindən X1 ölümünün, həkim şəhadətnaməsi olmadığı üçün qeydə alınmasından imtina edilmiş, Ərizəçi həmin ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan AZE seriyalı 06452976 №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X4 25.02.1963-cü ildə Quba rayonu, Qələdüz kəndində anadan olmuşdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X1 14 sentyabr 2012-ci il tarixdə Quba rayonu Qələdüz kəndində ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, ərizəçi Əliyeva Dürdanə Eynlla qızının X1 ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, X2 14 sentyabr 2012-ci il tarixdə Quba rayonu, Qələdüz kəndində ölməsi faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i; Ərizə təmin olunsun. X1 14 sentyabr 2012-ci il tarixdə Quba rayonu Qələdüz kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar