Məhkəmə qərarları › İş №2(027)-886/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-886/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-886/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “atası X1 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 01.07.1942-ci il tarixdə doğulmuş oğlu X1 25.03.2003-cü il tarixdə Quba rayonu, Alekseyevka kəndində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X4 01.07.1942-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində anadan olmuş və 25.03.2003-cü il tarixdə Quba rayonu, Alekseyevka kəndində vəfat etmişdir. Atası vəfat etdikdən sonra Quba rayonu, Alekseyevka kənd qəbirstanlığında dəfn edilmişdir. Ailə başçısının itkisi, ailədə olan digər problemlərə və qanunu bilmədiklərindən atasının ölümünü rəsmiləşdirməmişlər. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Atasının adı Torpağa Mülkiyyət Hüququna dair JN 166 Kod 30304018 saylı Dövlət Aktında göstərilmişdir. Atasının ölüm sənədləri düzgün olmadığından, hal-hazırda həmin torpaq sahəsinə çıxarış ala bilmirlər. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 12.03.2021-ci il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Quba rayonu, Xınalıq kəndində anadan olmuşdur. Ata qrafasında - Bahaddinov Fəramiz Məhəmməd oğlu, ana qrafasında isə - X2 olaraq qeyd edilmişdir. İş materiallarında olan X8, X10 və X5 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 18.03.2021-ci il tarixli aktdan görünür ki, X4 25.06.2003-cü il tarixdə Quba rayonu, Alekseyevka kəndində vəfat etmiş, onlar dəfn mərasimində iştirak etmişlər və Quba rayonu, Alekseyevka kəndində qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan 307 nömrəli, 18.12.2020-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X7 oğlu barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan X7 oğlunun məzardaşı fotoşəkildən görünür ki, X7 oğlu 25.06.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X3 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 24.02.2000-ci il tarixli, 02 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna dair JN 166 Kod 30304018 saylı Dövlət Aktı tərtib edilmiş və 0,66 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 01.07.1942-ci ildə anadan olmuş X1 25.06.2003-cü il tarixdə Quba rayonu, Alekeyevka kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 01.07.1942-ci ildə anadan olmuş X1 25.06.2003-cü il tarixdə Quba rayonu, Alekseyevka kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar