Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-899/2025 10.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü anası X3 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü anası X6 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Quba rayonu İ Nügədi kənd qəbristanlığında dəfn edilmişdir. Bu fakt qonşuların iştirakı ilə tərtib edilmiş Akt ilə də təsdiq edilir. Anaaı xx.xx.2024-cü il tarixdə, saat 12:02-də “X21”- in TTTY şöbəsində vəfat etmişdir. 16 avqust 2024-cü il tarixdə bacısı X13 “X21”-ə tibbi şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. “X21” ərizəsinə cavab olaraq bildirmişdir ki, ölüm hadisəsi barədə tərəflərindən Nəsimi rayonu 20-ci polis bölməsinə məlumat verilmiş, E.Şahbazovanm yaxınlarına meyitin patoloji-anatomik müayinəyə göndərilməli olduğu bildirilmiş, yaxınları isə ərizə yazaraq imtina etmişlər. Belə olan halda klinika ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Həmçinin, Maraqlı şəxsnə etdiyi müraciətə cavab olaraq bildirdilər ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyində ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Anasının ölməsi faktının müəyyən edilməsi ona sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bununla əlaqədar o, yuxarıda göstərdiyi kimi Maraqlı şəxsnə müraciət etdikdə ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi təklif edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, X6 onun qonşusu olmuşdur. Şəkər xəstəliyindən əziyyət çəkmişdir. X6 05 avqust 2024-cü il tarixdə Bakı şəhəri vəfat etmiş və Quba rayonu, İ Nügədi kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində o da, iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, X6 05 avqust 2024-cü il tarixdə Bakı şəhəri vəfat etmiş və Quba rayonu, İ Nügədi kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində o da, iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-CÜ il tarixli 940 nömrəli məktubundan görünür ki, X4 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə anadan olmuşdur onun anası - X5r. İş materiallarında olan “X19” X20 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1955ci il təvəllüdlü X6 xx.xx.2024-cü il saat 12.02-də X16 TTTY şöbəsində vəfat etmişdir.Ölüm hadisəsi haqqında Nəsimi rayonu 20- ci polis bölməsinə məlumat verilmişdir.E.Şahbazovanın yaxınlarına meyidin patoloji- anatomik müayinəyə göndərilməli olduğu bildirilmişdir, yaxınları isə ərizə yazaraq imtina etmişlər. Belə olan təqdirdə ölüm haqqında tibbi şəhadətnaməni əldə edə bilməyəcəkləri izah olunmuşdur. Bu səbəbdən X19 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Quba rayonu, İ Nügədi kənd sakini X6 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Quba rayonu, İ Nügədi kənd qəbrstanlığında dəfn edilmişdir. X12, X8 və X9 aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1955-ci ildə Quba rayonu, İ Nügədi kəndində doğulmuş X3 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Belə ki, ərizəçi anasının vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli xx.xx.1955-ci ildə Quba rayonu, İ Nügədi kəndində doğulmuş X3 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1955-ci ildə Quba rayonu, İ Nügədi kəndində doğulmuş X3 05 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-899/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-899/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver