Məhkəmə qərarları › İş №2(027)-903/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-903/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-903/2023 17.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 1962-cı il təvəllüdlü X2 05 avqust 2018-ci il tarixdə Quba rayonu, Cimi kəndində (Qarapanlı yaşayış məntəqəsində) ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 03 noyabr 1982-ci il tarixdə X4 ilə ailə qurmuş, arvadı X4 05 avqust 2018-ci il tarixdə xərçəng xəstəliyindən Quba rayonu, Cimi kəndində vəfat etmiş, Qarapanlı yaşayış məntəqəsinin qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən X1 ölümünü rəsmiləşdirməmiş, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X7 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 20 fevral 2023-cü il tarixli, 03-16-5/8-xx-xx/2023 nömrəli imtina məktubuna və 20 fevral 2023cü il tarixli, 54 nömrəli arayışı ilə X2 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı və ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X2 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. X1 05 avqust 2018-ci ildə Quba rayonu, Cimi kəndində ölməsi və Qarapanlı yaşayış məntəqəsinin qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Ərizəçi onun xalasının həyat yoldaşıdır. Ərizəçinin yoldaşı X4 onun xalasıdır. Mənzər Məmmədova 05 avqust 2018-ci il tarixdə vəfat etmiş və Qarapanlı yaşayış məntəqəsinin qəbirstanlığında dəfn olunmuşdur. O da Mənzər Məmmədovanın dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Ərizəçi onun qayınatasıdır. Mənzər Məmmədova 05 avqust 2018-ci il tarixdə vəfat etməsini təsdir edir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № 0******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Cimi kəndində yaşayır. İş materiallarında olan AZ № 223761 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 oktyabr 1962-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan İİİ-JQ № 281774 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, Ərizəçi ilə X8 arasında 03 noyabr 1982-ci il tarixdə nikah bağlanmış və nikah bağlanandan sonra X3 “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, X4 05 avqust 2018-ci il tarixdə vəfat etmiş və Qarapanlı yaşayış məntəqəsinin qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-xx-xx/2023 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 05 avqust 2018-ci il tarixdə Quba rayonu, Cimi kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 01 oktyabr 1962-cı il tarixdə Quba şəhərində doğulmuş X2 05 avqust 2018-ci il tarixdə Quba rayonu, Cimi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 oktyabr 1962-cı il tarixdə Quba şəhərində doğulmuş X2 05 avqust 2018-ci il tarixdə Quba rayonu, Cimi kəndində (Qarapanlı yaşayış məntəqəsində) ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar