Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-904/2025 04.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının və qohumluq əlaqəsinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6nın xx.xx.2001-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölməsi faktı müəyyən edilməsi və Gülçin Alişan qızı ilə onun qohumluq əlaqəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi 1963-cü ildə Özbəkistanda doğulmuş, uşaq olan kimi ata-anası vəfat etmiş, bu səbəbdən o, X6nın himayəsində olmuş və 1989-cu ildə X6 ilə bərabər məcburi köçkün kimi Azərbaycana gələrək Quba rayonunun Zizik kəndində məskunlaşmışlar. X6 1925-ci ildə Gürcüstanda doğulmuş və 1944-cü ildə Gürcüstandan Özbəkistana deportasiya olunmuş və 1989-cu ilə kimi orada yaşamışdır. 30 may 2001-ci ildə X6 Quba rayonu, Zizik kəndində vəfat etmiş və Quba rayon Zizik kənd qəbirsanlığında dəfn edilmişdir. X6 vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Ərizəçi ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reysteri kitabında bibisinin ölüm qeydi tapılmamışdır. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X4 ərizəni müdafiə edərək, ərizədə qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Gülçin Alişan qızının qayınıdır. Gülçin Alişan qızının xx.xx.2001-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölmüşdür və kənd qəbrstanlığında dəfn edilmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, ərizəçi ilə həmkəndlidir. X8 rayonu, Zizik kəndində yaşamış, xx.xx.2001-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölmüş və kənd qəbrstanlığında dəfn edilmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Torpağa mülkiyyət hüququna dair JN-587 KOD 30304028 nömrəli dövlət aktından görünür ki, digər qohumlarla yanaşı Gülçin Alişan qızına Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə Quba rayonu, Zizik kəndi ərazisindəb 1,70 ha torpaq sahəsi verilmişdir; Timiryazev bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin aktı tərtib olunmasında iştirak edən X4, Ərizəçi, X2, X7, X3 təsdiq edərək bildirmişlər ki, Gülçin Alişan qızının xx.xx.2001-ci il tarixdə Quba rayonu, Zizik kəndində yaşadığı evdə vəfat etmiş və Zizik kənd qəbristanlıqda dəfn edilmişdir; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 03-16-5/8-xx-xx/2025 nömrəli məktubundan görünür ki, Gülçin Alişan qızının doğulması faktı ilə əlaqədar barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, Gülçin Alişan qızının doğulması faktı ilə əlaqədar məlumat əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmək tövsiyyə edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Gülçin Alişan qızının həqiqətən də ərizəçinin bibisi olması və sonuncunun xx.xx.2001-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 1925-ci il tarixdə Gürcüstanda doğulmuş Gülçin Alişan qızının xx.xx.2001-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölməsi faktı müəyyən edilməli, həmçinin xx.xx.2001-ci il tarixdə vəfat etmiş Gülçin Alişan qızının Ərizəçi bibisi olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1925-ci il tarixdə Gürcüstanda doğulmuş Gülçin Alişan qızının xx.xx.2001-ci il tarixdə Quba rayonu, Zizik kəndində ölməsi faktı müəyyən edilsin. xx.xx.2001-ci il tarixdə vəfat etmiş Gülçin Alişan qızının Ərizəçi bibisi olması müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-904/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-904/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver