Məhkəmə qərarları › İş №2(027)-916/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-916/2022

14.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-916/2022 14.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “babası X2 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 10.04.1937-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş babası X2 30 oktyabr 1982-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində vəfat etməsi etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, babası X4 10.04.1937-ci ildə doğulmuş və 30 oktyabr 1982-ci il tarixdə vəfat edərək yaşadığı Quba rayonu, 2-ci Nügədi kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin səhlənkarlıq edilərək onun ölümü qeyd etdirilməyib. O, hal-hazırda valideynlərindən miras qalmış əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəyir. Bunun üçün baba və nənəsinin ölümü haqqında şəhadətnamələri tələb olunur. Lakin babası İsmayıl Həzrətovun ölümü haqqında şəhadətnamə olmadığı üçün vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, ərizəçinin dayısıdır. X4 30 oktyabr 1982-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində vəfat etmiş və onun dəfn mərasimində iştirak etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 12.09..1991-cı il tarixdə Quba rayonunda anadan olmuşdur. Ata qrafasında - X7, ana qrafasında isə - X5 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18.08.1964-cü il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuşdur. Ata qrafasında - X4, ana qrafasında isə - X9 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.04.1937-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuşdur. Ata qrafasında - X6, ana qrafasında isə - X8 olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 20.06.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11.01.2022-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan X7, X11 və X1 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 08.10.2021-ci il tarixli aktdan görünür ki, X4 30 oktyabr 1982-ci il tarixdə vəfat etmiş və o, kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 243 nömrəli, 08.10.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X4 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan məzar daşı fotoşəkillərində görünür ki, X4 10.04.1937-ci il tarixdə doğulmuş və 30 oktyabr 1982-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 10.04.1937-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş X2 30 oktyabr 1982-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 10.04.1937-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş X2 30 oktyabr 1982-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar