Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-916/2024 19.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 05 oktyabr 1992-ci il təvəllüdlü oğlum X2 29 iyun 2004-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi X3 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 05 oktyabr 1992-ci il təvəllüdlü X6 adlı övladı doğulmuşdur. X1 29 iyun 2004-cü ildə suda boğularaq vəfat etmişdir. Quba rayonu, Birinci Nügədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiklərindən və övlad itkisinin verdiyi dərd səbəbi ilə X12 ölümünü rəsmiləşdirməmişdir, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X12 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 19 yanvar 2024-cü il tarixli. 03-16-5/8-xxxx/2024 nömrəli imtina məktubu və 19 yanvar 2024-cü il tarixli, 13 nömrəli arayışı ilə X2 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğunu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X2 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. Qeyd etmişdir ki, X1nun 29 iyun 2004-cü ildə ölməsi və Quba rayon Birinci Nügədi kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. Əlavə olaraq bildirmişdir ki, X2 29 iyun 2004-cü ildə ölməsi faktı ərizəsinə əlavə etdiyi Quba rayonu, Birinci Nügədi kənd bələdiyyəsi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 04 nömrəli arayışı, aktı və məzar daşının fotoşəkili bir daha təsdiq edir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 29 iyun 2004-cü il tarixdə vəfat etmiş X6 onun qonşusudur. X6 29 iyun 2004-cü ildə suda boğularaq vəfat etmiş, Quba rayonu, Birinci Nügədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 29 iyun 2004-cü il tarixdə vəfat etmiş X6 onun qonşusudur. X6 29 iyun 2004-cü ildə suda boğularaq vəfat etmiş, Quba rayonu, Birinci Nügədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə tərəfi dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 13 nömrəli, 19 yanvar 2024-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, X6 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 4 nömrəli, 15 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Quba rayonun Birinci Nügədi kənd sakinin X6 29 iyun 2004-cü il tarixdə vəfat etmiş və Birinci Nügədi kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 26 nömrəli, 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, X2 ölümü Qeydiyyat Şöbəsində qeydə alınmadığından ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 05 oktyabr 1992-ci il təvəllüdlü X2 29 iyun 2004-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 05 oktyabr 1992-ci il təvəllüdlü X2 29 iyun 2004-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-916/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-916/2024
19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver