Məhkəmə qərarları › İş №2(027)-917/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-917/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-917/2022 12.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi X3 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “əmisi X10 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 05 aprel 1954-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş əmisi X10 24 sentyabr 1979-cu il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxxx 1980-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. X4r. X23 08 noyabr 2020-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra o və digər ailə üzvləri atasından və nənəsindən miras qalmış əmlaklarla bağlı vərəsəlik məsələlərini həll etməyə çalışarkən məlum olmuşdur ki, atasının qardaşı, yəni onun əmisi X19 1979-cu ildə vəfat etsə də, onun ölümü müvafiq orqanlarda qeydiyyata alınmamışdır. Belə ki, əmisi X19 05 aprel 1954-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, 24 sentyabr 1979-cu il tarixdə isə vəfat etmiş və Quba rayon Alpan kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilməməzlikdən əmisinin ölümü rəsmiləşdirilməmiş, bundan sonra isə onun ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. X25 vəfat edərkən subay olmuşdur. X20 ölüm qeydinin aparılıbaparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 13 fevral 2022-ci il tarixli məktubu və arayışı ilə əmisi X10 1975-1981-ci illərdə ölümünün qeydə alınması ilə əlaqədar müraciətinə cavabında X10 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmaması, ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən X10 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X20 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Əmisinin ölümündən uzun müddət keçdiyi və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə alınmadığı üçün məhkəmədən kənar qaydada Həmid Yaqubovun ölməsini təsdiq edən ölüm haqqında şəhadətnaməni ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X20 24 sentyabr 1979-cu il tarixdə ölməsi və Quba rayonu, Alpan kənd qəbirstanlığından dəfn edilməsini Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan İƏD üzrə nümayəndəliyinin və Alpan bələdiyyəsinin arayışları, yas mərasimində iştirak edən qonşuların tərtib etdiyi və Quba rayon İcra Hakimiyyəti Başçısının Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilən akt və ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkili də bir daha təsdiq edir. X20 birinci növbə vərəsələrindən arvadı və uşaqları ümumiyyətlə olmadığı, ata və anası vəfat etdiyi, Həmid Yaqubovun qardaşı və onun atası olan Fərhad Yaqubov da 2020-ci ildə vəfat etdiyi üçün hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi və nümayəndəsi X7 ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, ərizəçinin qonşusudur. X14 tanımışdır. Onun dəfn mərasimində iştirak etmişdir. O, vəfat edən zaman onun 25-26 yaşı olardı. Ürək xəstəliyindən əziyyət çəkirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, X14 tanıyır. Onunla sinif yoldaşı olmuşdur. O, həqiqətəndə 24 sentyabr 1979-cu ildə vəfat etmiş və onun dəfnində oda iştirak etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə Quba rayonunda anadan olmuşdur. Ata qrafasında - X17, ana qrafasında isə - X7 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 28.08.1951-ci il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. Ata qrafasında - X15, ana qrafasında isə - X12 olaraq qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 22.12.2021-ci il tarixli arayışından görünür ki, X27 05.04.1954-cü il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. Ata qrafasında - X15, ana qrafasında isə - X12 olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 08.11.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X1, X2 və X3 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 28.12.2021-ci il tarixli aktdan görünür ki, X27 24.09.1979-cu il tarixində təxminən saat 14:00 radələrində öz yaşadığı Alpan kəndində ürək çatışmazlığından səhhhətinin qəfil pisləşməsi nəticəsində vəfat etmiş və o, kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 301 nömrəli, 20.12.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X27 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Alpan İƏD üzrə nümayəndəliyinin 24.09.2021ci il tarixli arayışından görünür ki, X27 24.09.1979-cu il tarixdə vəfat etmiş və Alpan kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzar daşı fotoşəkillərində görünür ki, X19 05 aprel 1954-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş və 24 sentyabr 1979-cu il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 05 aprel 1954-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X10 24 sentyabr 1979-cu il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 05 aprel 1954-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X10 24 sentyabr 1979-cu il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar