Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-936/2023 04.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 02 iyul 1981-ci il təvəllüdlü qardaşı X5 09 noyabr 2000-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 ilə anası X8 birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından qardaşı X9, o və digər bacı qardaşları doğulmuşdur. X2 29 noyabr 2010-cu il tarixində, anası X8 isə 23 yanvar 2005-ci il tarixində vəfat etmişdir. Qardaşı 02 iyul 1981ci il təvəllüdlü X9 09 noyabr 2000-ci il tarixində Qaradağ ərazisində qışlaqda sel nəticəsində suda boğularaq vəfat etmiş, Quba rayonu, Vladimirovka kənd qəbirstanhğında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən qardaşı X5 ölümünü rəsmiləşdirməmişlər, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X17 ölüm qeydinin aparıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 22 fevral 2023-cü il tarixli, 03-16-5/8-xx-xx/2023 nömrəli imtina məktubuna və 22 fevral 2023- cü il tarixli, 77 nömrəli arayışı ilə X5 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı və ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. X5 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. Qeyd edir ki, qardaşı X5 09 noyabr 2000-ci ildə ölməsi və Quba rayon Vladimirovka kəndində dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X19 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar, uzun illərdir bir kənddə yaşayırlar. Ərizəçinin qardaşı X23 ərazisində qışlaqda sel nəticəsində suda boğularaq vəfat etmiş, Vladimirovka kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfnində və yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, Ərizəçi həmkəndlisi, həm də qonşusudur. Qardaşı X23 rayonu ərazisində yerləşən qışlaqda olarkən, çaya gələn sel nəticəsində suda boğularaq vəfat etmişdir. Qonşuları və yaxın tanışları olaraq dəfn və yas mərasimlərində iştirak etmişdilər. O Vladimirovka kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 77 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1997- 2003-cü illərdə ölüm haqqında akt qeydlərində X9 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Vİİ-ЖГ 478389 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq ediliş surətindən göründüyü kimi, X9 02 iyul 1981-ci il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş, azərbaycanlı, X2, anası X8 qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ 267152 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq ediliş surətindən göründüyü kimi, Ərizəçi xx xxxx 1977-ci il tarixdə Quba rayonunda anadan olmuş, azərbaycanlı, X2, anası X3 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03-16-5/8-xxxx/2023 nömrəli məktubundan görünür ki, X9 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba rayonu Vladimirovka kəndində tərtib olunmuş və doğruluğu Ərizəçi, X14, X19, X10 və X12 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, 02 iyul 1981-ci il təvəllüdlü X5 Quba rayonu Vladimirovka kəndində yaşadığı, 09 noyabr 2000-ci ildə vəfat etdiyi və Quba rayonu Vladimirovka kənd qəbiristanlığında dəfn olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 13 aprel 1924-cü il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X6 28 oktyabr 2000-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində vəfat etmişdir. Belə ki, ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 02 iyul 1981-ci il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş X5 09 noyabr 2000-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 02 iyul 1981-ci il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş X5 09 noyabr 2000-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-936/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-936/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver