Məhkəmə qərarları › İş №2(027)-936/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-936/2024

06.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-936/2024 06.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 17 may 2023cü il tarixdə mediator Radik Kazımovun iştirakı ilə imzalanmış barışıq sazişinin Maraqlı şəxs aid hissəsində, yəni xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021 -ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 2023-cü ilin iyun ayından başlayaraq, 100 (bir yüz) manat olmaqla 3 uşağa cəmi 300 (üç yüz) manat alimentin ödənilməsinin təsdiq olunması və ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Mədinə, xx.xx.2019-cu il təvəllüdlü Kənan və xx.xx.2021-ci il təvəllüdlü Humay doğulmuşdur. Maraqlı şəxs ilə ailə münasibətləri pozulduğundan, nikahın pozulması, uşaqların himayəyə verilməsi, aliment, cehizəmlakı və qızıl-zinət əşyalarının tələbinə dair təkliflə qarşı tərəf olan Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış və xx.xx.2023-cü il tarixdə bununla bağlı onunla Maraqlı şəxs və mediator arasında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 3 tərəfli müqavilə imzalanmış, Maraqlı şəxs, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci təvəllüdlü X3 yetkinlik yaşma çatanadək hər ay hər uşağa 2023-cü ilin iyun ayından başlayaraq, 100 (bir yüz) manat olmaqla 3 uşağa cəmi 300 (üç yüz) manat alimenti kart vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Quba rayon məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(027)-1361/2023 saylı qətnaməsi ilə iddiaçı X1 ilə cavabdeh Maraqlı şəxs arasında Quba rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, akt qeydləri kitabındakı 556 nömrəli nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında qalması müəyyən edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin imzalanmasından 9 aydan artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi hissəsini könüllü şəkildə icra etmir. Alimenti ödəməkdən qəsdən yayınır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından – xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2019-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-1361/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X1 ilə cavabdeh Maraqlı şəxs arasında Quba rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, akt qeydləri kitabındakı 556 nömrəli nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 anası Ərizəçi yanında qalması müəyyən edilmiş, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış barışıq sazişinin nəzərə alınması qeyd edilmişdir. İş materiallarından görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barşıq sazişinin könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq barış sazişi Maraqlı şəxs aid hissədə təsdiq edilməli və ərizə təmin olunmalıdır. Ərizəçi tərəfindən dövlət rüsumu üçün ödənilmiş 100 manat pulun yarısı, yəni 50 (əlli) manat Maraqlı şəxs tutularaq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 2023-cü ilin iyun ayından başlayaraq, 100 (bir yüz) manat olmaqla, 3 uşağa görə cəmi 300 (üç yüz) manat alimentin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli barış sazişi təsdiq edilsin. Ərizəçi tərəfindən dövlət rüsumu üçün ödənilmiş 100 manat pulun yarısı, yəni 50 (əlli) manat Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar