Məhkəmə qərarları › İş №2(027)-950/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-950/2023

08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-950/2023 08.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi, Onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, övladı 07 dekabr 1986-cı il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş X7 04 aprel 1995-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 onun övladıdır. Oğlu Nadir 07 dekabr 1986-cı il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuşdur. Oğlu iki nyaşında pilləkəndən yıxılmış, aldığı zədə nəticəsində iflic olmuşdur. Uzun müddət müalicə alsa da, heç bir müsbət nəticəsi olmamış, səhhətində irəliləyiş olmamışdır. X19 04 aprel 1995-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində yaşadığı evdə vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə Quba rayonu, 2-ci Nügədi kənd qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun 04 aprel 1995-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi və kənd qəbiristanlığında dəfn olunması ərizəyə əlavə olunan şahidlərin iştirakı ilə tərtib edilmiş Akt ilə də təsdiq olunur. X18 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 15 fevral 2023-cü il tarixli 65 saylı məktubu ilə X7 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən X2 04 aprel 1995-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olub. X2 04 aprel 1995-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi və kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar və uzun illərdir bir kənddə yaşayırlar. Ərizəçinin X19 1995-ci ildə İİ Nügədi kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfnində və yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır və qardaşı oğlu Nadir 1986-cı ildə doğulmuş, iki yaşında olarkən pilləkəndən yıxılaraq ağır xəsarət almışdır. Aldığı xəsarətdən iflic olmuş, uzun müddət müalicələr etsələr də, sağalmamışdır, 1995-ci ildə İİ Nügədi kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Qonşular və kənd camaatı dəfn və yas mərasimlərində iştirak etmişdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 53 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1990- 1997-ci illərdə ölüm haqqında akt qeydlərində X10 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03-16-5/8-xxxx/2023 nömrəli məktubundan görünür ki, X10 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xİİ-ЖГ 305231 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, X10 07 iyul 1986-cı il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, azərbaycanlı, atası Ərizəçi, anası X6 qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB İİ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, Ərizəçi Quba rayonu, İİ Nügədi kənd sakini olub, həmin kənddə yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba rayonu İİ Nügədi kəndində tərtib olunmuş və doğruluğu X12, X4, X3 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, Quba rayonu, İİ Nügədi kənd sakini X10 07 dekabr 1986-cı il tarixdə doğulmuş, İİ Nügədi kəndində yaşamış, qeydiyyatda olmuş, 04 aprel 1995-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində yaşadığı evdə vəfat etmiş və dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 07 dekabr 1986-cı il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X10 04 aprel 1995-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. Belə ki, ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 07 dekabr 1986-cı il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X7 04 aprel 1995-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 07 dekabr 1986-cı il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X7 04 aprel 1995-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar