Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-955/2023 22.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində imzalanmış 06 fevral 2023-cü il tarixli, MŞB/18/2023-00157 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh ailədə şəxsi münasibətlər zəminində yaradılan mütəmadi mübahisələr fonunda 2017-ci ildə uşaqları onun yanında qoyaraq evdən çıxıb getmişdir. Həmin tarixdən etibarən hər iki övladı onunla birlikdə yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-592/2018 nömrəli qətnaməsi ilə onun tərəfindən verilən nikahın pozulması barədə iddia təmin edilərək, aralarındakı nikah pozulmuşdur. Həmin vaxtdan hazırki dövrə qədər hər iki övladı onunla birlikdə yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi üzrə cavabdeh Maraqlı şəxs qarşı “uşaqların atanın himayəsində saxlanması” tələbinə dair ilk iddiası təmin edilmiş, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmış, Maraqlı şəxs ona qarşı “uşaqların ananın himayəsində saxlanması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-3689/2021 saylı qətnaməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, xx.xx.2013cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları Maraqlı şəxs yanında qalmaları, uşaqların ondan alınaraq anaları Maraqlı şəxs verilməsi, X4 və X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175 manat alimentin ondan alınaraq Maraqlı şəxs verilməsi, alimentin uşaqların anaya verildiyi tarixdən başlayaraq tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-705/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 3689/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixində Bakı 18 saylı mediasiya təşkilatına müraciət olunaraq, övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun yanında saxlanılması ilə bağlı mediasiya mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediator təyin edilməsi xahiş olunmuşdur. Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixində mediasiya prosesi keçirilmişdir. Həmin mediasiya prosesində onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00157 nömrəli barışıq sazişi imzalanmışdır. Hazırda faktiki olaraq övladları Kəngərli Mikayıl və Kəngərli Əli onun yanında yaşayırlar. Halhazırda xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00157 nömrəli barışıq sazişinin məcburi icrası üçün həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZE İİİ 661125 və AZE İİİ 116058 doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından xx.xx.2013-cü il tarixdə X4 və xx.xx.2015-ci il tarixdə X2 doğulmuşdur; Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin mətnindən görünür ki, Ərizəçi (bundan sonra "İ tərəf") və Maraqlı şəxs (bundan sonra "İİ tərəf") ilə mövcud aliment miqdarının artırılmasını təmin edilməsinə dair razılığa gələrək barışıq sazişini aşağıdakı şərtlərlə bağlayırlar:
1. İİ tərəf onların birgə nikahından doğulmuş 19 fevral 2013-cü il təvəllüdlü X3 və 18 mart 2015-ci il təvəllüdlü X1 (bundan sonra uşaqların) İ tərəfin yanında saxlanmasına razıdır.
2. Tərəflər uşaqların istənilən valideynlə birgə ölkə xaricinə aparılmasına etiraz etmir və zərurət halında notarial qaydada razılıq ərizəsi verəcəklər.
3. İ Tərəf İİ Tərəfin uşaqlarla hər həftənin şənbə günü görüşün başlama və bitmə vaxtına, habelə müddətinə heç bir məhdudiyyət qoyulmadan görüşünə razılıq verir. Uşaqların hansı ünvandan ğötürülüb-qaytarılması qaydalarını tərəflər öz aralarında qarşılıqlı razılıqla həll edəcəklər.
4. İlkin və tam mediasiya xərcini (100 manat) İ Tərəf ödəyir. Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gələ bilərlər. Barışıq sazişi ilə tərəflər mübahisənin həlli ilə bağlı müəyyən şərtlər əsasında razılığa gəlirlər və sazişin şərtlərini özləri müəyyənləşdirirlər. Bu saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Məhkəmə baxışında müəyyən olundu ki, tərəflərin arasında 19 fevral 2013-cü il təvəllüdlü X4 və 18 mart 2015-ci il təvəllüdlü X1 Ərizəçi yanında saxlanılması ilə bağlı Ərizəçi ilə Maraqlı şəxs arasında 06 fevral 2023-cü il tarixli, MŞB/18/2023-00157 nömrəli saziş bağlanılmışdır. Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanılan zaman hər iki tərəfə barışığın şərtləri pozulacağı təqdirdə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İşin hallarından göründüyü kimi, Maraqlı şəxs sazişi könüllü icra etməmiş, Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs məhkəməyə göndərdiyi ərizəsində Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır; 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların (mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması) olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Sadalananları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00157 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00157 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Samir Məmmədov