Məhkəmə qərarları › İş №2(027)-972/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-972/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-972/2023 13.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Ərizəçi oğlunun Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, anası 1936-cı ildə Cəlilabad rayonunda doğulmuş X7 21 dekabr 2022-ci il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, X3 1936-cı ildə Cəlilabad rayonunda doğulmuş və vəfat edənə qədər ünvan 1 ünvanında yaşamışdır. 21 dekabr 2022-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. X3 Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. anasının ölümündən sonra ölüm haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda X7 ölüm haqqında şəhadətnaməsi olmadığından o, sənədləşmə işlərini apara bilmir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reysteri kitabında anasının ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat şöbəsində ona anasının ölüm haqqında sənədinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. X2 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, mərhum X10 onun qaynanası olmuşdur. Qaynanası mərhum X10 21 dekabr 2022-ci il tarixində Quba şəhərində vəfat etmişdir. Mərhumun vəfat edən günədək onların himayəsində olmuş və dəfn mərasimi onlar tərəfindən keçirilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsindən görünür ki, X10 1936-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. İş materiallarında olan 51 nömrəli, xx.xx.2023-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, X10 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Qədir Yaqub oğlu ilə xx.xx.1959-cu il tarixdə nikah bağlanmışdır. Güllü Əliyeva nikahdan sonra “Mütəfəkkiri” soyadını almışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X10 onun anasıdır. İş materiallarından görünür ki, X8 ilə X11 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlamışdır. Nikahdan sonra X8 “Abasova” soyadını almışdır. İş materiallarında olan məzar daşının şəkilindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 1936-cı ildə anadan olmuş Əliyeva (Mütəfəkkiri) Güllü Həmzəxan qızının xx.xx.2022-ci il tarixdə Quba rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 1936-cı ildə anadan olmuş Əliyeva (Mütəfəkkiri) Güllü Həmzəxan qızının xx.xx.2022ci il tarixdə Quba rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar