Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-999/2020 21.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 və Zamin6 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borc ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı» ASC borcun tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli № 3604/ F-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh “Bank”a olan 6169.59 (altı min bir yüz altmış doqquz manat 59 qəpik) manat əsas, 1574.61 (bir min beş yüz yetmiş dörd manat 61 qəpik) manat faiz və 4017.71 (dörd min on yeddi manat 71 qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 11761.91 (on bir min yeddi yüz altmış bir manat 91 qəpik) manat məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsum və xidmət haqqı, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəfimizdən ödənilmiş 30 manat rüsumun tutulması, həmin məbləğin ipotekaya qoyulmuş, cavabdehlər Zamin1 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh torpaq sahəsi ümumi birgə, Zamin2 torpaq sahəsi ümumi birgə, Zamin3 torpaq sahəsi ümumi birgə, Zamin4 torpaq sahəsi ümumi birgə, Zamin5 torpaq sahəsi ümumi birgə, Zamin6 məxsus torpaq sahəsi ümumi birgə (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********56 – 10301, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdə yönəldilərək; açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli № 3604/F-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23.5 % olmaqla, 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Xaçmaz” filialı ilə Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 və Zamin6 arasında müvafiq olaraq xx xxxxx 2014-cü il tarixli № 3604/F-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə görə cavabdehlər Zamin1 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh torpaq sahəsi ümumi birgə, Zamin2 torpaq sahəsi ümumi birgə, Zamin3 torpaq sahəsi ümumi birgə, Zamin4 torpaq sahəsi ümumi birgə, Zamin5 torpaq sahəsi ümumi birgə, Zamin6 məxsus torpaq sahəsi ümumi birgə (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********56 – 10301, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh xx xxxxx 2014-cü il tarixli № 3604/F-14 saylı kredit müqaviləsi xx xxxx 2017-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 3830.41 manat, faiz borcundan isə 4074.99 manat ödəniş etmişdir. Hal-hazırda borclu Cavabdeh İddiaçı-yə 6169.59 (altı min bir yüz altmış doqquz manat 59 qəpik) manat əsas, 1574.61 (bir min beş yüz yetmiş dörd manat 61 qəpik) manat faiz və 4017.71 (dörd min on yeddi manat 71 qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 11761.91 (on bir min yeddi yüz altmış bir manat 91 qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edlməsinə və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Həmçinin, cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdelərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 3604/F-14 saylı kredit müqaviləsindən görünürki, kredit müqaviləsindən görünür ki, İddiaçı-nin Xaçmaz filialı tərəfindən Cavabdeh istehlak məqsədilə illik 47% olmaqla, 36 ay müddətinə 10.000 AZN məbləğində pul ayrılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 3604/F-14 saylı ipoteka müqaviləsindən görünür ki, kredit borcunun təminatı məqsədilə Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən, Cavabdehnın xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.2 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur və tərəflərin razılığı ilə 51.000 manat məbləğində qiymətləndirilib. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı –nin Xaçmaz filialı ilə bağlanan 3604/F-14 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 5719,59 manat, cərimə faizi borcu üzrə 1603,44 manat, 4017,71 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11340,74 manat məbləğində borcu vardır. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/429 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, Zamin1 məxsus olan fərdi yaşayış evinin və həyətyanı tikililərin (B,C,D,E literlər) və Zamin1, Cavabdeh Abuzər oğlu, Zamin2, Zamin3, Zamin4, Zamin5 və Zamin6 ümumi birgə istifadəsində olan torpaq sahəsinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 70.000 manat təşkil edir. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdehnın əsas borc üzrə 6169 manat və faiz borcu üzrə 1574,61 manat olmaqla, ümumilikdə borcu 7744,2 manat məbləğində müəyyən edilir. Lakin ekspert rəyində göstərilmiş məbləğ iddiaçının tələbindən çox olduğundan məhkəmə ekspert rəyini sübut kimi qəbul etmir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3604/F-14 saylı kredit müqaviləsi üzrə sonuncunun istehlak məqsədilə illik 47% olmaqla, 36 ay müddətinə 10.000 manat məbləğində kredit alması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün, cavabdehlər Zamin1 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh torpaq sahəsi ümumi birgə, Zamin2 torpaq sahəsi ümumi birgə, Zamin3 torpaq sahəsi ümumi birgə, Zamin4 torpaq sahəsi ümumi birgə, Zamin5 torpaq sahəsi ümumi birgə, Zamin6 məxsus torpaq sahəsi ümumi birgə (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********56 – 10301, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdəipotekaya qoyulması, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmasları nəticəsində İddiaçı-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə 5719,59 əsas borcu və 1603,44 manat faiz borcunun olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə hesab edir ki, əsas borc 5719,59 manattəşkil etdiyi halda, 4017,71 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 20 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdə ilkin satış qiyməti ekspertizanın rəyi nəzərə alınaraq 70.000 manat dəyərində müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 312.4-cü maddəsinə əsasən ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 3604/F-14 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5719,59 manat əsas borc, faiz borcu 1603,44 manat və cərimə borcu 20 manat, cəmi 7343,03 manat məbləğində pul tutulub İddiaçı-nin Xaçmaz filialının hesabına ödənilməli, kredit borcu ödənilmədikdə borcun təminatı məqsədilə ipotekaya qoyulmuş cavabdehlər Zamin1 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh torpaq sahəsi ümumi birgə, Zamin2 torpaq sahəsi ümumi birgə, Zamin3 torpaq sahəsi ümumi birgə, Zamin4 torpaq sahəsi ümumi birgə, Zamin5 torpaq sahəsi ümumi birgə, Zamin6 məxsus torpaq sahəsi ümumi birgə (ARƏMDKYDƏDRXHDQHDƏDR-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********56 – 10301, Qeydiyyat nömrəsi **********, Seriya RX № ******* olan xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdə tutma yönəldilməli,ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdəilkin satış qiyməti 70.000 manat dəyərində, ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdəaçıq hərracda satılmalı, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, cərimə ödənilməli və artıq qalan məbləğ cavabdehlərə qaytarılmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı-nin xeyrinə tutulmalıdır. Bundan başqa 200 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 3604/F-14 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5719,59 manat əsas borc, faiz borcu 1603,44 manat və cərimə borcu 20 manat, cəmi 7343,03 manat məbləğində pul tutulub İddiaçı-nin Xaçmaz filialının hesabına ödənilsin, kredit borcu ödənilmədikdə borcun təminatı məqsədilə ipotekaya qoyulmuş cavabdehlər Zamin1 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Cavabdeh torpaq sahəsi ümumi birgə, Zamin2 torpaq sahəsi ümumi birgə, Zamin3 torpaq sahəsi ümumi birgə, Zamin4 torpaq sahəsi ümumi birgə, Zamin5 torpaq sahəsi ümumi birgə, Zamin6 məxsus torpaq sahəsi ümumi birgə ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdə tutma yönəldilsin,ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdəilkin satış qiyməti 70.000 manat dəyərində müəyyən edilsin, ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 132.2 m2, yaşayış sahəsi 52.6 m2, yardımçı sahəsi 79.6 m2, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi və həyətyanı tikililər (B, C, D, E literləri) ilə birlikdə açıq hərracda satılsın, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, cərimə ödənilsin və artıq qalan məbləğ cavabdehlərə qaytarılsın. İddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı-nin xeyrinə tutulsun. Ekspertiza xərci olan 200 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-999/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-999/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver