Məhkəmə qərarları › İş №2(028)-139/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-139/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-139/2023 14.03.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası Kərimova Güldənə Qubuş qızının 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və Maraqlı şəxs üzərinə Kərimova Güldənə Qubuş qızının ölüm haqqında şəhadətnamə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, anası Kərimova Güldənə Qubuş qızı 2022-ci ilin dekabr ayının 07-də vəfat etmişdir.Vəfatından sonra 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayı üçün ölüm pulunu dəfn pulu zənn edib kart vasitəsi ilə almışdır. Həmin pulu aldığına görə anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda bir neçə sosial məsələlərini həll etmək üçün ölüm haqqında şəhadətnaməsi lazım olur. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına şöbənin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, ərizəçi baldızı, rəhmətə gedən Kərimova Güldənə Qubuş qızı isə qaynanasıdır.07 dekabr 2022-ci il tarixdə qaynanası qəflətdən rəhmətə getmişdir və o, dəfn və yas mərasimində iştirak etmişdir. Mərhum Bakı şəhərində Pirşağı qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, mərhum Kərimova Güldənə Qubuş qızı onun xalası olub.O, 07 dekabr 2022-ci ildə qəflətən rəhmətə gedib. Yaxın qohum kimi yas məclisində iştirak edib.Xalası Bakı şəhərində Pirşağı qəsəbə qəbristanlığında dəfn olunub. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı RPŞ tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş Ərizəçi atası X4, anası Kərimova Güldənə Qubuş qızıdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/7-K-xx-xx/2023 saylı məktuba əsasən Kərimova Güldənə Qubuş qızının ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olunmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ TTYS tərəfindən verilmiş arayışdan görünür ki, Binəqədi rayonu, Fatmayı bağları, 104 ünvanında yaşayan xx.xx.1941-ci il təvəllüdlü Kərimova Güldənə Qubuş qızı xx.xx.2022-ci il tarixdə qəflətən ürək dayanması - qocalıq vəfat etmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. 3 gün müddətində əsas arayışın alınması məsləhət görünür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 624 saylı arayışdan görünür ki, Kərimova Güldənə Qubuş qızı Sumqayıt Tibb Mərkəzi PHŞ TTYS-nin verdiyi xx.xx.2022-ci il tarixli sənədinə əsasən rəhmətə gedib.Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Şuşa qəbristanlığında dəfn işləri ilə məşğul olan X1 iştirakı ilə dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, Kərimova Güldənə Qubuş qızı (xx.xx.1941 – xx.xx.2022 yazılmış qəbir baş daşı) dəfn olunmuşdur. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçinin müraciəti qismən təmin edilərək ölüm faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin . xx.xx.1941-ci il tarixdə anadan olmuş Kərimova Güldənə Qubuş qızının xx.xx.2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qalan hissədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar