Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-150/2025 21.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş həyat yoldaşı X1 xx.xx.2024-cü ildə Bakı şəhərində ürək tutmasından ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, həyat yoldaşı X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ürək tutmasından vəfat etmişdir. Ölüm zamanı mövcud qanunları bilmədiyindən, çaşqınlıq keçirdiyindən və digər səbəblərdən yerli səhiyyə orqanlarına xəbər vermədən həyat yoldaşını Sumqayıt şəhər qəbristanlığında dəfn etmişdir. Ölüm şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin almaq mümkün olmamamışdır. Ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, ərizəçi onun yeznəsidir. X3 onun bacısı olub. Bacısı uzun müddət xəstəliklərdən əziyyət çəkirdi. Elmira ölməmişdən qabaq xəstəxanada yatırdı. Evə buraxıldıqdan sonra dünyasını dəyişmişdir. Mərhumun hələ ili çıxmayıb. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Bacısını Sumqayıt şəhər qəbristanlığında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid X4 bildirdi ki, ərizəçi onun babasıdır. X3 onun nənəsi olub. O, mərhumun qız övladından olan nəvəsidir. Nənəsi uzun surən xəstəlikdən əziyyət çəkirdi. Dəfələrlə xəstəxanada yatmışdır. Mərhum onların evində 06 noyabr 2024-cü il tarixdə dünyasını dəyişib və onu Sumqayıt şəhər qəbristanlığında dəfn ediblər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X5 xx.xx.1976-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 № ilə qeyd edilmişdir. İş materiallarında olan Təcili və X2 Stansiyası Ölüm haqqında xx.xx.2024-cü i tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, Nizami rayonu Y.kənd 22/13 ünvanında X1 (həkimə qədər ölüm) meyidi aşkar edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-Q-24-15/25 saylı məktuba əsasən Ərizəçi qızına həyat yoldaşı X1 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan qəbristanlıqdan olan fotoşəkildən görünür ki, X3 xx.xx.1955-ci il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə ölmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş X1 xx.xx.2024-cü ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-150/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-150/2025
21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver