Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-165/2024 08.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ildə anadan olmuş oğlu X3 xx.xx.2023-cü ildə ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, onun oğlu X6 xx.xx.1975-ci ildə Qubadlı rayon, Başarat kəndində doğulmuşdur. O, ölməmişdin əvvəl ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Oğlu xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş və Sumqayıt şəhər Qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə almaq üçün Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, mərhum həyat yoldaşıdır. Hadisə 22 dekabr 2023-cü il tarixdə axşam saatlarında baş verib. Namaz qılanda yoldaşının çağırdığını eşidib, ona özünü çatdıranda artıq canını tapşırıb. Təclili tibbi Yardım çağırıb. Yoldaşını Sumqayıt şəhər Qəbristanlığında dəfn ediblər. Məhkəmədə şahid X7 bildirdi ki, mərhum qardaşıdır. O, 1993-cü il İ Qarabağ müharibəsi iştirakçısı olub və yaralanmışdır. Təqaüdçü idi. Oğlu dayısının yerə yıxılmağını anasına xəbər vermişdir. Qardaşı ilə qonşu yaşayırdılar. Dərhal onlara özünü çatdırmış, lakin öldüyünü görmüşdür. Mərhumu Sumqayıt şəhər Qəbristanlığında dəfn ediblər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X11 Təcili tibbi yardım stansiyasının 595 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Stansiyaya xx.xx.2023-cü il tarixdə 19:55-də ünvan 2 ünvanına 1975-ci il təvəllüdlü X6 adına 89 saylı çağırış daxil olmuşdur. Briqada verilmiş ünvana çatdıqda həyətdə 1975-ci il təvəllüdlü X5 meyidini aşkar etmişdir. Sumqayıt Tibb Mərkəzi PHŞ X2 Yardım Stansiyasının arayışından görünür ki, 4cü mikrorayno, ev 17A, mənzil 67 ünvanda yaşayan, xx.xx.1975-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə qəfləti ölüm xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil - kommunal X1 Vətəndaşlara xidmət idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 saylı arayışdan görünür ki, X6 xx.xx.2023-cü ildə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X8 (xx.xx.1975-xx.xx.2023 yazılmış qəbir baş daşı) dəfn olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-Ə-xx-xx/2024 saylı məktuba əsasən Ərizəçi ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin . xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.2023-cü ildə ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-165/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-165/2024
08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver