Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-221/2022 15.04.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı valideynlik hüququndan məhrumetmə tələbinə dair barışıq sazişinin təsdiqi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı valideynlik hüququndan məhrumetmə tələbinə dair barışıq sazişinin təsdiqi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 15 aprel 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən 15.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş teleqram vuraraq, Ərizəçi Maraqlı şəxs2 qarşı valideynlik hüququndan məhrumetmə tələbinə dair iş üzrə barışıq sazişinin təsdiqi barədə ərizə və əlavə edilmiş sənədlərin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı valideynlik hüququndan məhrumetmə tələbinə dair barışıq sazişinin təsdiqi barədə ərizə baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı valideynlik hüququndan məhrumetmə tələbinə dair barışıq sazişinin təsdiqi barədə ərizəsi baxılmamış saxlansın. Ərizəçi ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-221/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-221/2022
15.04.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver