Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-251/2025 02.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olan qardaşı X3 xx.xx.2025-ci ildə Sumqayıt şəhərində xroniki ürək çatışmazlığından ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.1971-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olan qardaşı X6 xx.xx.2025-ci ildə Sumqayıt şəhərində qəflətən xroniki ürək çatışmazlığından ev şəraitində vəfat etmişdir. Ölüm zamanı mövcud qanunları bilmədiklərinə, çaşqınlıqda olduqlarına və sair səbəblərdən yerli səhiyyə orqanlarına xəbər vermədən Əjdəri Sumqayıt şəhər qəbristanlığında dəfn ediblər. Qardaşının ölüm şəhadətnaməsinin alınmasına görə Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamə almaq mümkün olmamışdır. Şöbədən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, ərizəçi qonşusu Əjdərin bacısıdır. Əjdər Şərifov 2025-ci ilin fevral ayında rəhmətə gedib. Mərhumun telefonuna zəng etmiş, o cavab verməmişdir. Bu səbəbdən polisə müraciət etmiş və polislə birlikdə onun evinə daxil olmuşlar. Bu zaman evdə mərhumun cəsədini aşkar etmişlər. Dəfn və yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid X8 bildirmişdir ki, Əjdər Şərifov qonşusu olub. Mərhum evdə tək yaşayan olub. O, Sumqayıt şəhər qəbristanlığında dəfn edilib. Qonşu olaraq dəfn və yas mərasimində iştirak edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, “Respublika Təclili və X4 Mərkəzi” PHŞ Sumqayıt TTTYS-nin xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.1971-ci il təvəllüdlü X3 “şahidsiz ölüm”ü aşkar edilmişdir. O, ailə üzvlərinin deməsinə görə xroniki ürək çatışmazlığı ilə xəstə olub. Ə.Şərifov evdə tək olub. Meyidi qonşular aşkar edib. Meyidin müayinəsi zamanı gözlə müəyyən olunan zorakı ölüm əlamətləri aşkar olunmayıb. Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis bölməsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Sumqayıt şəhəri, St.Sumqayıt ərazisi “Anadolu Dəyirmanı” yaxınlığında fərdi evdə yaşamış xx.xx.1971-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə yaşadığı mənzildə qəflətən vəfat etmişdir. Hadisə yerində hər hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir. Ölüm hadisəsi cinayət xarakterli deyildir. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-Ş- 15-79/25 saylı məktuba əsasən ona qardaşı X3 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 Vətəndaşlara xidmət idarəsinin 11 saylı xx.xx.2025-ci il tarixli arayışına əsasən mərhum X6 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Qəbristanlıqdan olan fotoşəkildən müəyyən olunur ki, X6 xx.xx.1971-ci il tarixdə doğulmuş və xx.xx.2025-ci il tarixdə ölmüşdür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olan X3 xx.xx.2025-ci ildə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-251/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-251/2025
02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver