Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-256/2025 14.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, maraqlı şəxslə arasında xx.xx.2023-cü il tarixdə X1 iştirakı ilə bağlanılmış MŞS/MT30/2023-02463 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, maraqlı şəxslə rəmi nikaha daxil olaraq ailə həyata qurub. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladları doğulub. İlk vaxtlar normal münasibətlər də olsalar da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Məsələ ilə bağlı İlkin mediasiya sessiyasında iştirak etmişdirlər. Bu zaman Barışıq Sazişi imzalamışdırlar. Sazişdə nikahın pozulması, uşağın anada qalması və uşağın yetkinlik yaşınadək saxlanması üçün 220 manat alimentin ödənilməsinə razılaşmışdırlar. Sazişə əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-79/2024 saylı qətnaməsi ilə nikahlarının pozulması qət edilmişdir. Lakin maraqlı şəxs 2024-cü ilin noyabr ayından sonra Barışıq Sazişinin könüllü icra edilməsindən imtina etmişdir. Alimenti vaxtlı-vaxtında ödəməmişdir. Bu səbəbdən məhkəmyə müraciət etməli olmuşdur. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh bildirdi ki, işsiz qaldığı üçün aliment ödəyə bilməyib. 2024-cü ilin dekabrınadək ödənişlər edib. 3-4 ay aliment borcu vardır. Aliment ödənişindən boyun qaçırmır. İşləyəcəyi halda ödənişləri edəcək. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 24.11. 2023-cü il tarixdə mediator X4, tərəflər Maraqlı şəxs və Ərizəçi iştirakı ilə MŞS/MTO30/2023-02463 saylı Barışıq sazişi imzalayaraq aşağıdakı şərtlərlə razılığa gəlmişdilər:
1. Tərəflər Maraqlı şəxs və Ərizəçi barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə 2601 nömrəli akt qeydi ilə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti xx.xx.2023-cü il tarixdən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür.
3. Tərəflər mediasiya prosesində birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar.
4. Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X2 Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür.
5. Tərəflər mediasiya prosesində birgə nikahda olduqları dövrdə yaşadıqları mənzildə Ərizəçi məxsus cehiz əmlaklarının olmasını təsdiq edirlər və qarşılıqlı razılıq əldə etdilər.
6. Tərəflərin razılığına əsasən cehiz əmlaklarının çıxarılması zamanı zəruri xərclər Ərizəçi vəsaiti hesabına ödəniləcəkdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-79/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs və X6 arasında xx.xx.2015-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış 2601 saylı nikah qeydi pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən,məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə mediator X4 iştirakı ilə bağlanılmış MŞS/MT30/2023-02463 saylı Barışıq Sazişi alimentə dair hissədə təsdiq edilsin. Alimentin əvvəli 2024-cü ilin dekabr ayından hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM ELMİR HÜSEYNOV