Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-267/2024 12.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü oğlu X10 xx.xx.1989-cu ildə Qubadlı rayon, Qubadlı şəhərində və xx.xx.1990-cu il təvəllüdlü qızı X7 xx.xx.1990-cı ildə Qubadlı rayon, Qubadlı şəhərində ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, xx.xx.1988-ci il təvəllüdlü oğlu X10 xx.xx.1989-cu ildə Qubadlı rayon, Qubadlı şəhərində və xx.xx.1990-cu il təvəllüdlü qızı X7 xx.xx.1990-cı ildə Qubadlı rayon, Qubadlı şəhərində qəflətən ev şəraiitində qızdırmadan vəfat etmişdir. Ölüm zamanı mövcud qanunları bilmədiyindən çaşqınlıq keçirdiyindən və s.səbəblərdən yerli səhiyyə orqanlarına xəbər vermədən Qubadlı rayon Göyyal qəbristanlığında dəfn etmişdirlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının 6 övladı olub. Uşaqlardan ikisi balacaikən rəhmətə gediblər. Biri Adil adlı oğlan uşağı, digəri Zərifə adlı qız uşağı olub. Adil 1 yaşında, Zərifə isə 40 günü çıxanda dünyalarını dəyişiblər. Ölən uşaqlar Qubadlı şəhərində doğulmuşlar, lakin öləndə Göyyal kəndində dəfn olunmuşdurlar. O vaxtlar həkimlərin dediklərinə görə uşaqlar sepsis xəstəliyindən tələf olmuşdurlar. Dəfnlərində xala olaraq iştirak etmişdir. Məhkəmədə şahid X1 bildirdi ki, ərizəçi rəhmətlik qardaşının həyat yoldaşı olub. Onların iki övladı körpəikən rəhmətə gedib. Uşağın biri Adil adlı oğlan, digəri Zərifə adlı qız olub. Ölən uşaqlar Qubadlı şəhərində doğulmuşlar, lakin öləndə Göyyal kəndində dəfn olunmuşdurlar. Dəfnlərində bibi olaraq iştirak etmişdir. Məhkəmədə şahid X8 bildirdi ki, ərizəçi rəhmətlik qardaşının həyat yoldaşı olub. Onların iki övladı körpəikən rəhmətə gedib. Uşağın biri Adil, digəri isə Zərifə idi. Ölən uşaqlar Qubadlı şəhərində doğulmuşlar, lakin öləndə Göyyal kəndində dəfn olunmuşdurlar. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Qubadlı rayonu, Göyyal kəndində doğulmuşdur. İş materiallarında olan Qafan rayon ZAQS-ı tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 və Ərizəçi qızı xx.xx.1980-cı ildə nikahlarını bağlamışlar. İş materiallarında olan Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Qubadlı rayon ZAQS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X10 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 31618-S-15-109/2024 saylı məktuba əsasən Ərizəçi uşaqlarının ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X9 xx.xx.1989-cu ildə Qubadlı rayon, Qubadlı şəhərində və xx.xx.1990-cu il təvəllüdlü X7 xx.xx.1990-cı ildə Qubadlı rayon, Qubadlı şəhərində ölmələri faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-267/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-267/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver