Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-270/2025 11.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atasının ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, Ərizəçi iddia ərizəsinin “xahiş edirəm” hissəsində ölən şəxsin öldüyü vaxt, ölüm yeri və ölüm səbəbi qeyd olunmadığına görə ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, atası X1 06 dekabr 2024-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, atası X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Sosial evlər 23, 1-12-59 ünvanlı mənzildə vəfat etmiş və Abşeron rayonu Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında lazımi orqanlara vaxtında xəbər vermədiklərinə görə hazırda atasının ölüm şəhadətnaməsini ala bilmirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunub. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, ərizəçi əmisi oğludur. X7 2024-cü ilin dekabr ayında rəhmətə gedib. Əmisinin yas mərasimində iştirak edib. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçinin keçmiş həyat yoldaşıdır. Mərhum qaynatası olub. O, 06 dekabr 2024-cü il tarixdə rəhmətə gedib. Lətif Məhərrəmovun yas mərasimində iştirak edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, AZE01025362 seriya nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X2 xx.xx.1927-ci il tarixdə Qubadlı rayonu Dondarlı kəndində anadan olmuşdur. Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə görə BŞT və TTXŞ PHŞ-nin 4 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən Sosial evlər 23, 1-12-59 ünvanında 97 yaşlı xx.xx.1927-ci il təvəllüdlü X1 vəfat etdiyi aşkar olunmuşdur. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-M- 105-15/25 saylı məktuba əsasən ona atası X1 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Abşeron rayon Saray Bələdiyyəsinin 05/29 saylı xx.xx.2025-ci il tarixli arayışına görə mərhum X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1927-ci ildə Qubadlı rayonu, Dondarlı kəndində anadan olan X1 xx.xx.2024-cü ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-270/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-270/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver