Məhkəmə qərarları › İş №2(028)-313/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-313/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-313/2025 14.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1994-cü ildə anadan olmuş X8 xx.xx.1994-cü ildə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.1994-cü il təvəllüdlü qardaşı X11 xx.xx.1994-cü ildə Sumqayıt şəhərində qəflətən ev şəratində ölmüşdür. Qardaşının ölümü zamanı valideynlərinin mövcud qanunları bilmədiklərindən, onlar çaşqınlıq keçirmiş, yerli səhiyyə orqanlarına xəbər vermədən Sumqayıt şəhər qəbiristanlığında dəfn etmişlər. Qeyd edir ki, yaranmış zərurətlə əlaqədar qardaşının ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnaməni almaq mümkün olmamışdır. Maraqlı şəxsndə ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, bu barədə qardaşının doğum haqqında akt qeydinin surəti təqdim edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 bildirdi ki, ərizəçi qızıdır. Hazırda həyatda olan iki övladı var. Övladının biri təxminən 01 aylığında ölmüşdür. Həmin uşaq qızı Əsmərin əkiz tayı olan Zaur Həsənli olmuşdur. Belə ki, körpə doğulandan bir neçə gün keçmiş dünyasını dəyişmişdir. Onu Corat qəbristanlığında basdırmışlar. Məhkəmə iclasında şahid X12 bildirdi ki, ərizəçi əmisinin nəvəsidir. Əmisi nəvəsi Əsmərin əkiz tayı olmuş və o, təxminən 1994-cü ildə ölmüşdür. Məhkəmə iclasında şahid X9 bildirdi ki, ərizəçinin qohumudur. Qohumu Əsmərin iki qardaşı olub. Hazırda biri sağdır, digəri isə körpəikən ölmüşdür. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-H- 41-62/25 saylı məktuba əsasən ərizəçiyə qardaşnın ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin kserosurətinə əsasən Ərizəçi xx.xx.1994-cü il tarixdə doğulmuşdur. X1, anası X2r. 221 saylı xx.xx.1994-cü il tarixli Doğum haqqında akt qeydinə əsasən X11 xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X5 olmuşdur. Həmin vaxt ananın iki övladı doğulmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, mərhum X11 xx.xx.1994-cü il tarixdə anadan olmuş və xx.xx.1994-cü il tarixdə ölmüşdür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə anadan olmuş X8 xx.xx.1994-cü ildə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar