Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-315/2020 27.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «X3 Azərbaycan» QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiacı «X3 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 11869,53 manat əsas kredit borcunun,1370,40 manat faiz borcunun, 257,06 manat cərimə borcunun, ümumilikdə 13496,99 (on üç min dörd yüz doxsan altı,99) manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, 200 manat ödənilmiş sığorta haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 4,80 manat məbləğində poçt xərci, sığorta ödənişinin ödənilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 4,50 manat məbləğində poçt xərcinin tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198,3 kv.m, yaşayış sahəsi 141,9 kv.m, yardımçı sahəsi 56,4 kv.m-dən ibarət 5 otaqlı fərdi evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat məbləğində müəyyən etməklə həmin əmlakın hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına «X3 Azərbaycan» QSC-yə olan borcun ödənilməsi, əldə edilmiş pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmazsa, məbləğin qalan hissəsi cavabdehlərdən tutulması, hərracda mənzil «X3 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.İddia tələbinin azaldilmasına dair ərizə ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 7467,65 manat əsas kredit borcunun, 401,14 manat faiz borcunun, 175,09 manat cərimə borcunun, ümumilikdə 8043,88 (səkkiz min qırx üç,88) manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, 200 manat ödənilmiş sığorta haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 4,80 manat məbləğində poçt xərci, sığorta ödənişinin ödənilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 4,50 manat məbləğində poçt xərcinin tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198,3 kv.m, yaşayış sahəsi 141,9 kv.m, yardımçı sahəsi 56,4 kv.m-dən ibarət 5 otaqlı fərdi evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat məbləğində müəyyən etməklə həmin əmlakın hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına «X3 Azərbaycan» QSC-yə olan borcun ödənilməsi, əldə edilmiş pul vəsaiti borcun ödənilməsi ücün yetərli olmazsa, məbləğin qalan hissəsi cavabdehlərdən tutulması, hərracda mənzil «X3 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2016-сı il tarixli kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 illik 17 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 35263 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198,3 kv.m, yaşayış sahəsi 141,9 kv.m, yardımçı sahəsi 56,4 kv.m-dən ibarət 5 otaqlı fərdi evi banka ipotekaya qoyulmuşdur.Eyni zamanda kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərini cavabdehlər pozur və öz öhdəliklərini icra etməkdən boyun qaçırırlar. Bunun nəticəsində cavabdehlərin banka 2020-ci ilin sentyabrın 30-dək xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 8980,86 manat əsas kredit borcu, 585,69 manat faiz borcu, 292,18 manat cərimə borcu, ümumilikdə 9858,73 (doqquz min səkkiz yüz əlli səkkiz,73) manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd olunan Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vadır. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit və zaminlik müqaviləsinə əsasən Bank Cavabdeh1 illik 17 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 35263 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198,3 kv.m, yaşayış sahəsi 141,9 kv.m, yardımçı sahəsi 56,4 kv.m-dən ibarət 5 otaqlı fərdi evi banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki,tərəflərin razılığı ilə ipoteka predmeti olan ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198,3 kv.m, yaşayış sahəsi 141,9 kv.m, yardımçı sahəsi 56,4 kv.m-dən ibarət 5 otaqlı fərdi evi85000 (səksən beş min) manata qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışınkserosurətindən görünür ki,ünvan 1 tam mülkiyyət hüququ üzrə Cavabdeh1adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə ona xx.xx.2012-ci il tarixdə RX seriyalı ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışınkserosurətindən görünür ki, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198,3 kv.m -dən ibarət fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxx » QSC -nin xeyrinə 5 il müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSCborcalana və ipoteka qoyana xəbərdarlıq məktubu göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, xx.xx.2016cı il tarixli kredit müqaviləsinə əsasən ödəniş aparılmazsa, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx » QSCborcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSCCavabdeh1 pretenziya göndərmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSCtərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən,ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 7467,65 manat əsas kredit borcu, 401,14 manat faiz borcu, 175,09 manat cərimə borcu, ümumilikdə 8043,88 (səkkiz min qirx üç,88) manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, 200 manat ödənilmiş sığorta haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 4,80 manat məbləğində poçt xərci, sığorta ödənişinin ödənilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 4,50 manat məbləğində poçt xərci tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 198,3 kv.m, yaşayış sahəsi 141,9 kv.m, yardımçı sahəsi 56,4 kv.m-dən ibarət 5 otaqlı fərdi evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 85000 (səksən beş min) manat məbləğində müəyyən etməklə həmin əmlakı hərracda satılsın, əldə edilmiş pul vəsaiti hesabına «X3 Azərbaycan» QSC-yə olan borcu ödənilsin, əldə edilmiş pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmazsa, məbləğin qalan hissəsi cavabdehlərdən tutulsun. Hərracda mənzil «X3 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşaldılsın və banka təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-315/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-315/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver