Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-341/2025 14.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X17 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi Hüseynxan qızının iştirakı ilə Ərizəçi Hüseynxan qızının (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Hüseynxan qızı ərizə ilə məhkəməyə müraciət edərək, 1928-ci il tarixdə anadan olan X2nun xx.xx.1996-cı ildə Bakı şəhəri Binəqədi rayonunda ürək tutmasından ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.1928-ci ildə anadan olan atası Hüseynxan Ələkbərov xx.xx.1996-cı ildə Bakı şəhəri Binəqədi rayonund ürək tutmasından qəflətən ev şəraitində vəfat etmişdir. Atasının ölüm şəhadətnaməsinin alınmasına görə Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamə almaq mümkün olmamışdır. Şöbədən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onnu nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 bildirdi ki, ərizəçi baldızıdır. Mərhum onun qaynatası olub. Rəhmətlik təxminən 1996-cı ildə dünyasını dəyişib. Onun yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid X7 bildirdi ki, ərizəçi ilə bir kəndli və qonşu olublar. Onun atası təxminən 1996-cı ildə rəhmətə gedib. Mərhum Binəqədi rayonunda məskunlaşmışdır və orada dəfn edilmişdir. Qonşu və bir kəndli olaraq yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Qubadlı rayon Qaracallı İcra Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən X1 xx.xx.1973-cü il tarixdə doğulmuşdur. X2, anası X5r. Nikah haqqında şəhadətnamənin surətində əsasən X11 xx.xx.1973-cü il tarixdə doğulmuş X1 ilə xx.xx.1991-ci ildə rəsmi nikah qeydiyyatı ilə ailə qurmuş və sonuncuya “Səmədova” soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-S- 1xx-xx/2025 saylı məktuba əsasən ona X2nun ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında ərizəçi tərəfindən təqdim edilmiş qəbirdaşının fotoşəkillərinə baxış keçirələrkən mərhum X3 xx.xx.1928-ci il tarixdə doğulduğu və xx.xx.1996-cı il tarixdə öldüyü müəyyən edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, mərhum X6 xx.xx.1928-ci il tarixdə anadan olmuş və xx.xx.1996-cı il tarixdə ölmüşdür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1928-ci ildə anadan olan X3 xx.xx.1996-cı ildə Bakı şəhəri Binəqədi rayonunda ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-341/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-341/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver