Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-362/2021 15.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1916-cı ildə anadan olmuş, 07 aprel 1995-ci ildə vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbə qəbristanlığında el adətiylə dəfn olunmuş mərhum atası X2 vəfat etməsi faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun atası X4 1916-cı ildə anadan olmuşdur. Atası 07.04.1995-ci ildə vəfat etmiş və Suraxanı rayonu, Qaraçuxur qəsəbə qəbirstanlığında el adətiylə dəfn olunmuşdur. Bunu Suraxanı rayonu, Qaraçuxur qəsəbə qəbristanlığı tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, 484 saylı arayış təsdiq edir.Lakin ölümü təsdiq edən şəhadətnamə ala bilmədikləri üçün hüquqmüəyyənedici sənədləri əldə edə bilmirlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin Qubadlı rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda bir sıra sosial problemlərin həll edilməsi üçün ölüm şəhadətnaməsi almaq zərurəti yaranmışdır. Qarşılaşdığı problemi məhkəmədən kənar həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-ci il tarixli,3 N-li Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarının tərtibatı qaydalarına» dair Təlimatın 9.4-cü bəndinə əsasən 7-ci qrafada öldüyü yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 8-ci qrafada ölümün səbəbi (tibbi sənədə və ya məhkəmənin qətnaməsinə uyğun) yazılır.Ərizəçi Ərizəçi iddia ərizəsinin “xahiş edirəm” hissəsində ölən şəxsin ölüm yeri və ölüm səbəbi qeyd olunmamışdır. Göstərilənlərini nəzərə alaraq Ərizəçi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon X7 Soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə doğulmuşdur. X8, anası Həsənova Hüsnü. İş materiallarında olan və ASAN 4 tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, 484 saylı arayışdan görünür ki, X1 qəsəbə qəbristanlığında 07.04.1995-ci il tarixində dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 (1916-07.04.1995 yazılmış qəbir baş daşı) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 08.06.2021-ci il tarixli 05/Q-115/69 saylı məktuba əsasən X2 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə qismən təmin edilsin . 1916-cı ildə anadan olmuş X2 07.04.1995-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-362/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-362/2021
15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver