Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-368/2024 14.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X8 ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək qızı Günay Əmirahlının Sumqayıt şəhərində xx.xx.2012-ci ildə dünyasını dəyişdiyini nəzərə almasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, Qubadlı rayonu Dəmirçilər kəndindən məcburi köçkündür. Ailəsi ilə birlikdə 1993-cü ilin avqust ayında həmin kənddən məcburi köçkün düşmüş, həmin ilin sentyabr ayından isə Sumqayıt şəhərində məskunlaşmışlar. 2002-ci ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 4 uşaq dünyaya gəlib. Həmin uşaqlardan biri - X10 xx.xx.2011-ci ildə anadan olub. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin dekabr ayının 27 günündə 586 № ilə qeyd edilib. Ancaq o, anadan olandan etibarən ağır xəstəlikdən əziyyət çəkib. Belə ki, Sumqayıt Tibb Mərkəzi X18 Uşaq Xəstəxanasının verdiyi xx.xx.2024-cü il tarixli Arayışına əsasən G.Əmirahlı xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Sumqayıt şəhər xəstəxanasının neonatologiya şöbəsində "Kəskin respirator xəstəlik", "Perinatal hipoksik ensefalopatiya" diaqnozları ilə stasionar müalicədə olub. K.Y.Fərəcova adına X2 X15in verdiyi 20 may 2024-cü il tarixli, 3-28-6/2-395/2024 saylı Arayışında isə qeyd edilir ki, G.Əmirahlı xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixdək İnstitutda stasionar müalicə alıb. Daxil olarkən ümumi vəziyyəti olduqca ağır, süst olmuş, dərisi avazımışdır, tənəffüs çatışmazlığı qeyd olunurdu. Auskultativ olaraq ağ ciyərlər üzərində tənəffüs səthi ötürülür, tək-tək quru xırıltılar eşidilir. Ürək tonları karlaşmışdır. Qarnı yumşaqdır. Sidik cinsiyyət sistemi qadın tiplidir. Aparılan müayinələr əsasında qoyulan kliniki diaqnoz Mukovisidoz. Bətndaxili infeksiya. Xlamidoz. Bronxopnevmoniya. Vaxtından qabaq doğulma. Evə yazılarkən vəziyyəti və tövsilərləri: Uşağın vəziyyəti yaxşılaşıb, aktivləşib, dərisi təmizdir. Ürək tonları aydındır, ritmikdir. Ağciyərlərdə tənəffüs bərabər ötürülür. Uşaq sahə pediatrın, nevropatoloqun nəzarəti alıtında evə yazılmışdır. Ancaq buna baxmayaraq X11 2012-ci ilin mart ayının 18-də vəfat edib və Sumqayıt şəhər qəbiristanlığında (Köhnə qəbiristanlıq) dəfn edilib. Onun ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə verilməyib. 2024-cü ilin may ayının 30-da ölüm faktının qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi xahişi ilə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Şöbənin məktubunda ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qızının ölüm faktının qeydə alınmaması şəxsi və ailə işlərində bir sıra ciddi problemlər yaradır. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi qardaşıdır. Ölən uşaq qardasının qız övladı olub. Doğulandan xəstə idi. Uşaq çox yaşamayıb. Günay Əmirahlı 12 dekabr 2011-ci ildə doğulmuşdur və 2012-ci il martında rəhmətə gedib. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 X15 3-28-6/2-395/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X13 həqiqətən xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək K.Y.Fərəcova adına X1 stasionar müalicə alıb. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X18 Uşaq xəstəxanasının 488 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X13 həqiqətən xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Sumqayıt şəhər Uşaq xəstəxanasının neontologiya şöbəsində “Kəskin respirator xəstəlik”, “Perinatal hipoksik ensefalopatiya” diaqnozu ilə stasionar müalicədə olub. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-Ə-15-170/24 saylı məktuba əsasən Ərizəçi qızının ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X8 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-368/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-368/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver