Məhkəmə qərarları › İş №2(028)-369/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-369/2022

13.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-369/2022 13.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında 12 sentyabr 2021-cı ildə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, Maraqlı şəxs ilə xx.xx.2018-ei ildə nikah bağlanıb. Birgə nikahdan oğlu xx.xx.2019-cu il təvəllüdlü X9 anadan olub. Qubadlı Rayon Məhkəməsinin 2(028)-741/2021 saylı 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulub. 12 sentyabr 2021-ci il tarixdə onunla cavabdeh arasında barışıq sazişi bağlanıb. Barışıq sazişinə əsasən xx.xx.2018-ci il tarixli Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış nikah pozulması, birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Maraqlı şəxs onun himayəsində qalması və xx.xx.2019-cu il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün hər ay 175 manat aliment məbləğinin Maraqlı şəxs tərəfindən ödənilməsi barədə razılaşıblar. Lakin Maraqlı şəxs ilə arasında alimentin ödənilməsi ilə bağlı barışıq sazişi bağlansa da, cavabdeh bu günə kimi ərizəni icra etməyib, aliment ödəməyib. Cavabdeh yalnız bir dəfə - 29 may 2021 -ci il tarixdə aliment üçün olan bank hesabına 200 manat məbləğində pul ödəyib. Bildirir ki, bu günə kimi ana olaraq uşağına təkbaşına baxır. Özü müəllim kimi fəaliyyət göstərir və uşağın bütün xərcləri ilə bu günə kimi özü maraqlanır. Evdə dərs keçə bilmək üçün hər bir şəraitinin olmasına baxmayaraq, uşağı qoyduğu bağçanın düz yanında dərs keçmək üçün əlavə xərc (170azn) edib icarəyə məkan götürüb iş fəaliyyəti yerinə yetirir. Atasıgilin evi ilə bağca arasında 250-300 metr mesafə olsa da, övladı ilə bağlı çox narahat olduğu üçün düz bağçanın yanında dərs keçir. Bağça müəllimləri ilə körpələrlə məşğul olduqları və telefon vasitəsi ilə əlaqə saxlamaq çətin olduğu üçün özü tez-tez keçib maraqlanır. Maraqlı şəxs ata olaraq indiyə qədər uşağıyla maraqlanmayıb, gəlib görməyib, heç bir əyləncə mərkəzinə, parka uşağını aparmayıb. Nə mənəvi, nə maddi dəstək olmayıb. "Mediasiya Haqqında" Azərbaycan Respublikasının Qanununun 9.3.1-ci maddəsinə görə barışıq sazişinin icrasını təmin elmək tərəflərin vəzifəsidir. “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Konstitusiyanın 24-cü maddəsinə əsasən. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Hüquqlardan sui-istifadəyə yol verilmir. AM-nin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında» Konvensiyasının 3cü maddəsində deyilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində ləmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Həmin Konvensiyanın 51.4-cü maddəsinə əsasən, uşağın valideynləri (onları əvəz, edən şəxslər) tərəfindən sui-istifadə elmə hallarından müdafiə olunmaq hüququ vardır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyala keçirilməsinə mane olmağa yol verilmir. "Rlşolts Almaniyaya qarşı" işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki. Konvensiyanın 8-ci maddəsi tələb edir ki. dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət elsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tulula bilər. Xüsusən. 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra cdilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-l-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmədə Maraqlı şəxs bildirdi ki, ərizəni qəbul edir və təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-741/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt “ASAN xidməti mərkəzi” qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, xx.xx.2019-cu il tarixdə doğulmuş X5 X4 yanında qalması və qalan hissədə iddianın baxılmamış saxlanılması qət edilmişdir. xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, X7 (bundan sonra "Birinci tərəf") və X10 (bundan sonra "İkinci tərəf") (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M-00059 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Tərəflər arasında mübahisə aşağıdakılarla bağlı olmuşdur: -Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nikaha xitam verilməsi; -Uşağın kimin himayəsində qalması; - Aliment məbləğinin və digər ödəmələrin müəyyən olunması. Maddə 2. Barışığın şərtləri Tərəflər razılaşır ki, onların arasında bağlanmış xx.xx.2018-ci il tarixli Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikah pozulsun, tərəflərin birgə nigahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 Çinarə Sahib qızının himayəsində qalsın, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat aliment məbləği Maraqlı şəxs tərəfindən ödənilsin.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığ ə ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş könüllü icra ediləcəkdir.Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən bir Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hans tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ye notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: -bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; - bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; - mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; -qarşı tərəfin yazılı icazəsi ilə. -yaxın qohumlara. - Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxsilər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məluma açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək.Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. İş materiallarından görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə barışıq sazişini bağlamışlar. Azərbaycan Respublikası Ailə Məcələsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən,məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 ilə Maraqlı şəxs arasında 12 sentyabr 2021-ci ildə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar