Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-390/2023 26.07.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı X3 2015-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və Maraqlı şəxs üzərinə 03 noyabr 2012-ci il təvəllüdlü X3 ölüm haqqında şəhadətnamə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia ərizəsinə düzəliş edərək, X3 25 fevral 2015-ci il tarixdə serebral-iflic xəstəliyindən Saray qəsəbəsində vəfat etməsi və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, övladı X6 03 noyabr 2012-ci il tarixdə anadan olmuşdur.Uşaq 2015-ci ilin fevral ayının 25-də vəfat etmiş və Sumqayıt şəhər köhnə qəbristanlığında dəfn olunmuşdur. Uşaq serebral-iflic xəstəsi olmuşdur.Onların başı qarışıq olduğu üçün uşağın sənəd işi ilə məşğul olmamış və “ASAN” xidmətə müraciət edəndə bilmişlər ki, ölüm haqqında şəhadətnaməsi yoxdur. Uşağı serebral-iflic xəstəlikdən müalicə üçün Türkiyə Respublikasına aparmışlar və bununla bağlı xarici pasportunu da almışlar. Uşağı onun atasının, xalalarının qəbrlərinin yanında torpağa vermişlər və baş daşı da var. Bu barədə şəkilləri də məhkəməyə təqdim etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda bir neçə sosial məsələlərini həll etmək üçün ölüm haqqında şəhadətnaməsi lazım olur. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəməyə ünvanlanmış ərizəyə etirazda göstərmişdir ki, iddia tələbi ilə razılaşmır.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kolleqiyasının 12 fevral 2016-ci il tarixli, 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kirablarının tərtibatı qaydalarına dair Təlimatın 9.4-cü bəndinə əsasən 6-ci qrafada öldüyü vaxt (gün,ay,il), 7-ci qrafada öldüyü yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 8-ci qrafada ölümün səbəbi (tibbi sənədə və ya məhkəmənin qətnaməsinə uyğun) yazılır. Ərizəçi iddia ərizəsinin xahiş edirəm hissəsində ölən şəxsin öldüyü vaxt (gün,ay yoxdur), ölüm yeri və ölümün səbəbi qeyd olunmamışdır.Göstərilənlərini nəzərə alaraq Ərizəçi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə şahid X8 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu 2012ci ildə anadan olmuş və uşaq anadan gəlmə xəstə olmuşdur. Ərizəçi uşağı müalicə üçün xaricə də aparmış, lakin buna baxmayaraq uşaq 2015-ci ilin fevral ayında rəhmətə getmişdir.Uşaq Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuş və o, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu 2012ci ildə anadan olmuş və uşaq anadan gəlmə xəstə olmuşdur. Ərizəçi uşağı müalicə üçün İrana və Türkiyəyə aparmış, lakin buna baxmayaraq uşaq 2015-ci ilin fevral ayında rəhmətə getmişdir.Uşaq Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuş və o, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan və Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2012-ci il tarixdə doğulmuş X5 xx.xx.2014-cü il tarixdə verilmiş PC AZE C00176604 Azərbaycan Respublikası pasportundan görünür ki, X6 dəfələrlə Türkiyə Respublıkasına aparılmışdır. İş materiallarında olan “Abşeron rayon mərkəzi xəstəxanası” X14 tərəfindən X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli PHŞ-6-20/2-M-221-42-220/2023 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazarliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tıbbı sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixdən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Məmmədovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəfimizdən verilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/8-M-1xx-xx/2023 saylı məktubda göstərilmişdir ki, X3 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olunmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Xocahan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10-17/44 saylı arayışdan görünür ki, Qubadlı rayon Xocahan kənd sakini (sabiqdə) xx.xx.2012-ci il təvəllüdlü X6 2015-ci ildə vəfat etdiyi üçün yemək xərci müavinəti 2015-ci ildən dayandırılımışdır. İş materiallarında olan Xocahan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10-17/45 saylı arayışdan görünür ki, X6 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Xocahan KİƏDÜ nümayəndəlikdə qeydiyyatda olmuş, xx.xx.2015-ci ildə valideynlərinin bildirdiyi məlumata görə vəfat etmişdir.Mərhum Sumqayıt şəhəri qəbristanlığında nənəsi və qohumlarının yanında dəfn olunmuşdur.Mərhuma sadə daşla məzar düzədilmiş, adı yazılmamışdır, hal-hazırda məzar şəkildə göstərildiyi formada məzarlıqda durur. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçinin müraciəti qismən təmin edilərək ölüm faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin . 03 noyabr 2012-ci il təvəllüdlü X3 25 fevral 2015-ci il tarixdə serebral-iflic xəstəliyindən Saray qəsəbəsində vəfat etməsi və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-390/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-390/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver