Məhkəmə qərarları › İş №2(028)-396/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-396/2025

25.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-396/2025 25.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, maraqlı şəxslə arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/01218 saylı Barışıq sazişinin təsdiq olunması və məhkəməyə ərizə ilə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun maraqlı şəxsdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi maraqlı tərəf ilə xx.xx.2013-cü ildə rəsmi nikah münsaibətlərinə daxil olmaqla ailə qurmuş və nikahı Qubadlı rayon qeydiyyat şöbəsində 52 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikah münasibətlərindən üç övladları doğlumuşdur. Maraqlı şəxsla ailə qurduqdan sonra bir müddət mehriban yaşasa da, sonradan bir-birlərini başa düşməmiş və arada sözsöhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmasının səbəbi də xasiyyəti və fikirlərin üst-üstə düşməməsi olmuşdur. Bu səbəbə görə nikah kağız üzərində qalmışdır. Nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Qubadlı Rayon Məhkəməsinin 2(028)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qətanməsinə əsasən aralarındakı nikah qeydi pozulmuşdur. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl ərizəçi tərəfindən maraqlı şəxsi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, sonuncu bu təklifi qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediator Qabil Əsgərovun iştirakı ilə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01218 saylı Barışıq sazişi imzalamışlar. Barışıq sazişin 2-ci bəndinə əsasən Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümümilikdə 300 manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) ərizəçiyə ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs sazişdə qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməmiş, onun icrasından könüllü imtina etmişdir. Lakin sazişin bağlanmasından bir il vaxt keçməsinə baxmayaraq maraqlı şəxs sazişin könüllü olaraq icra edilməsi istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanmış Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda bildirilirdi ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən tərtib edilmiş Barışıq sazişinin tərəflər üçün hüquq və vəzifələrini müəyyən edən 9-cu bəndində qeyd olunur ki, Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbiri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun ifadə verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, MŞS/MT030/2024/01218 saylı xx.xx.2024-cü il tarixli Barışıq sazişinə əsasən Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin (Qubadlı rayon qeydiyyat şöbəsi, xx.xx.2013-cü il 52 nömrə ilə qeyd edilmiş, AZ-İ№ 820334) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları:- xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 uşaqların saxlanması üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manatı alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın anası) övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 ataları - Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə məhdudiyyət qoyulmadan) sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın anası) razılaşaraq öhdəlik götürdü. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-369/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin olunaraq Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2013-cü ildə Qubadlı rayon Qeydiyyat şöbəsində bağlanmış 52 saylı nikah qeydinin pozulması qət edilmişdir. Onlayn ödəmə sisteminin çıxarışına əsasən ərizəçi Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: - 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. - 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. - 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi “1. bəndi (hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2013-cu il tarixli 52 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.)” hissəsində təmin edilməməlidir. Belə ki, tərəf arasındakı nikah ilə əlaqədar Qubadlı Rayon Məhkəməsinin e-2(028)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə münasibət bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024/01218 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, barışıq sazişi qismən təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024/01218 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.

1. Hər iki tərəf rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anaları - Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razıdırlar.

2. Tərəflərin rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşaqların anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.

3. Ərizəçi xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 ataları - Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə razılaşaraq öhdəlik götürdü. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Maraqlı şəxs 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər.

HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar