Məhkəmə qərarları › İş №2(028)-40/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-40/2023

18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-40/2023 18.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində şirkətə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.781.00 (iyirmi bir min yeddi yüz səksən bir) manat əmlaka dəyən zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, AR DİN BDYP idarəsinin verdiyi texpasport nömrəsi AD 666203 nömrəli, buraxılış ili 2016, rəngi qara olan, **-PD-*** dövlət nömrə nişanlı, Hyundai Accent markalı avtomaşın "xxxx" MMC-yə məxsusdur. 13 iyul 2022-ci ildə təxminən saat 15:42 radələrində Gədəbəy rayon Dəyirmandağ kəndində, yuxarıda qeyd olunan avtomaşını "xxxx" MMC-dən icarə müqaviləsi A-391/21 əsasında xx.xx.2022-ci il tarixində icarəyə götürmüş Cavabdeh (Ş/V-si AZE ********/FİN xxxxxxx) idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh idarə etdiyi **-PD-*** dövlət qeydiyyatlı Hyundai Accent markalı avtomobili idarə edərkən Gədəbəy rayon Dəyirmandağ kəndində yol hərəkət qaydalarını pozaraq idarə etdiyi avtomobili aşırtmışdır və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Göstərilən yol-nəqliyyat hadisəsi Hyundai Accent markalı **-PD-*** dövlət nömrə nişanlı avtomaşının idarə edən Cavabdeh AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması əleyhinə inzibati xəta törətmişdir. Həmçinin DYP əməkdaşları tərəfindən hadisə ilə bağlı Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MM-yə məxsus avtomaşına sağ, sol, ön tərəflərinə, üst hissəsinə ciddi ziyan dəymiş və salondakı qoruyucu yastıqla açılmışdır. "xxxx" MMC-nin tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması, usta xərcləri) uyğun olaraq avtomaşının təmir işləri 17.864.00 (on yeddi min səkkiz yüz altmış dörd) manata başa gələcək. Bundan başqa şirkət hesabına "xxxx" MMC-də avtomobilə dəymiş zərərin hesablanmasına 100 (yüz) manat vəsait ödənilmişdir. Həmçinin şirkət hesabına 145 (yüz qırx beş) manat məhkəməyə verilən iddia ərizəsi üçün dövlət rüsumu ödənilmişdir. Bundan başqa nəqliyyat vasitəsini evakuatorla daşınma xərcləri 245 (iki yüz qırx beş) manata başa gəlmişdir. Avtomaşının qiymətinin 20% miqdarında əmtəəlik görünüşünün itirilməsinin dəyəri 3572.8 (üç min beş yüz yetmiş iki) manat təşkil edir. Vurulmuş ziyanın ümumi miqdarı 21.781.00 (iyirmi bir min yeddi yüz səksən bir) manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə əsasən cavabdeh əmlaka vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehin dəfələrlə əlaqə nömrəsinə (050 872 94 03, 050 854 93 23, 051 320 87 34) dəfələrlə zəng edilmiş, lakin cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin kserosurətindən görünür ki, icarəyə verən İddiaçı MMC ona məxsus olan **-PD-*** dövlət nömrə nişanlı, Hyundai Accent markalı avtomaşını Cavabdeh icarəyə verir. İş materiallarında olan və Gədəbəy rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 391 saylı arayışdan görünür ki, Cavabdeh 13 iyul 2022-ci il tarixdə Gədəbəy rayon Dəyirmandağ kəndində idarə etdiyi Hyundai Accent markalı, **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş va faktla bağlı Gədəbəy RPŞ-nin İB-də araşdırma aparılmışdır. İş materiallarında olan "xxxx" Servis Mərkəzi tərəfindən tərtib edilmiş 16 sentyabr 2022-ci il tarixli aktından Hyundai Accent markalı, **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ehtiyyat hissələrinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edildi. Ehtiyyat hissələrinin qiyməti 14924 manat, dəmirçi 1000 manat, boya 1300 manat, elektrik 350 manat, çilingər 250 manat, razval 40 manat, yekun 17864 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 21-cı maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveriçiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nətiçəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güçlü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17.864,00 (on yeddi min səkkiz yüz altmış dörd) manat əmlaka dəyən zərərin əvəzi, avtomobilə dəymiş zərərin hesablanmasına 100 (yüz) manat və 145 (yüz qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar