Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-401/2020 04.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 xx.xx.1994-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun anası X6 1940-cı ildə anadan olmuşdur. Anası xx.xx.1994-cü ildə Bakı şəhərində vəfat etmiş və Keşlə qəbirstanlığında dəfn olunmuşdur. Lakin ölümü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda bir sıra sosial problemlərin həll edilməsi üçün ölüm şəhadətnaməsi almaq zərurəti yaranmışdır. Qarşılaşdığı problemi məhkəmədən kənar həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktların reyestr xidməti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1976-cıil tarixdə doğulmuşdur. X1, anası X5r. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan və Qubadlı rayon İcra Hakimiyyəti başçısının Zilanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən Ərizəçi verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 1940-cı ildə anadan olmuş, xx.xx.1994-cü ildə vəfat etmiş və Keşlə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-233/69 saylı məktuba əsasən X3 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayçan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma ücün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin . 1940-ci ildə anadan olmuş X3 xx.xx.1994-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-401/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-401/2020
04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver