Məhkəmə qərarları › İş №2(028)-431/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-431/2020

19.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-431/2020 19.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən qeri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ona məxsus olan “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq məqsədi ilə 2020-ci ilin mart ayında Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən “Avto Home” salonuna qoymuşdur. X2 Ömər oğlu ona zəng edərək bildirdi ki, maşını almaq istəyən var. Maşını almaq istəyən Cavabdeh olmuşdur. Lakin o, pulu bankdan götürüb vermək istəmişdir. Aslanov Elvir Ömər oğlu ona demişdir ki, Cavabdeh onun tanışıdır və xahiş etmişdir ki, Cavabdeh 10 günlük etibarnamə versin ki, həmin müddət ərzində o, maşının müyyən hissələrini təmir etdirsin. O, bununla razılaşıb və Cavabdeh etibarnamə vermişdir. 3 gün sonra o, cavabdehdən maşının pulunu neçə gündən sonra ödəyəcəyini soruşmuşdu. Cavabdeh ona bildirdi ki, onun kiməsə borcu yoxdur, Aslanov Elvir Ömər oğlunun ona borcu var və buna görə o, heç bir ödəniş etmiyəcək.Bundan sonra o, aldanıldığını başa düşdü və xx xxx 2020-ci ildə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciət edərək cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir.Bundan sonra o, cavabdehdən maşının qaytarılmasını xahiş etsə də, cavabdeh maşını ona qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən,mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məlum olan axırıncı ünvana məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh orada yaşamadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçını və iddiaçının vəkili və nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən İddiaçı adında qeydiyyatdadır.Əlavə olunmuş kompyüter çıxarışından görünür ki, “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə xx.xx.2020-ci il tarixdən Cavabdeh verilmişdir. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə xx xxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisində Cavabdeh reyestrdə 7E/3292 nömrə ilə qeyd olunmuş etibarnamə vermiş və xahiş edir ki, həmin etibarnamənin qüvvəsinə xitam verilsin. Azərbaycan Respublikası MM-in 365.1-ci maddəsinə müvafiq olaraq, etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan “Mitsubisi Pajero” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar