Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-436/2020 23.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçi maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməklə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun atası X2 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.Həmin vaxt təcılı tibbi yardıma zəng edərək onları çağırmışlar və onlara xx.xx.2020-ci il tarixli 820 nömrəli arayış verilmişdir. Ölüm şəhadətnaməsi almaq məqsədi ilə o, Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından Qubadlı rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda bir sıra sosial problemlərin həll edilməsi üçün ölüm şəhadətnaməsi almaq zərurəti yaranmışdır. Qarşılaşdığı problemi məhkəmədən kənar həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçinin vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış etirazda göstərmişdir ki, ərizəni qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 2016-ci il tarixli, 3-№ nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimatın 9.4-cü bəndinə əsasən 7-ci qrafada öldüyü yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 8-ci qrafada ölümün səbəbi (tibb sənədə və ya məhkəmənin qətnaməsinə uyğun) yazılır. Ərizəçi iddia ərizəsinin xahiş edirəm hissəsində ölən şəxsin ölüm yeri və ölüm səbəbi qeyd olunmamışdır.Yuxarıda göstərilənlərini nəzərə alaraq Ərizəçi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini, onun vəkili və nümayəndəsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X2 xx.xx.1959-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-211/69 saylı məktuba əsasən X1 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Sumqayıt TTTY stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:42-də ünvan 3 ünvanında yaşayan 1959-cu il təvəllüdlü X2 adına 75 nömrəli çağırışı daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1959-cu il təvəllüdlü X1 meyidini aşkar etmişdir. Oğlunun deməsinə görə mərhum etil spirti içdi.Ölümün güman olunan səbəbi etil spirti ilə zəhərlənmə. Meyidin müayinəsi zamanı üzərində gözlə görünən zədə və zorakılıq əlamətləri aşkar edilməmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayçan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma ücün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 xx.xx.2020-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-436/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-436/2020
23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver