Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-450/2023 22.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 mart 1991-ci ildə anadan olmuş X1 iyul 1993-cü il tarixdə Qubadlı rayonunu Ulaşlı kəndində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə ilə məhkəməyə müraciət edərək, 18 mart 1991-ci ildə anadan olmuş X1 iyul 1993-cü il tarixdə deyil, iyul 1991-ci il tarixdə Qubadlı rayonunun Ulaşlı kəndində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.Onların ailəsi Qubadlı rayonunda yaşamışdır.Qubadlı rayonunda yaşayarkən qardaşı X11 18 mart 1991-ci ildə anadan olmuş və 3 aydan sonra xəstəliyi ilə əlaqədar rəhmətə getmişdir.Bu barədə o, qohumlarından eşitmişdir.Onun 2 bacısı var.X2 xx.xx.2016-cı ildə, anası X7 xx.xx.2016-cı ildə Sumqayıt şəhərində xəstəlikdən vəfat etmişlər. X1 ölüm haqqında şəhadətnaməsinə ehtiyac olduğuna görə Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.Hazırda bir neçə sosial məsələləri həll etmək üçün ölüm haqqında şəhadətnamə lazım olur. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, o, ərizəçinin bibisinin həyat yoldaşıdır.Qubadlı rayonunda ərizəçinin qonşu kəndində yaşamışdır.Ərizəçinin Anar adlı qardaşı 1991-ci ildə ölmüşdür və kəndin qəbristanlığında dəfn olunmuşdur. . Məhkəmədə şahid X8 bildirdi ki, o, ərizəçinin əmisinin həyat yoldaşıdır.Ərizəçinin Anar adlı qardaşı 1991-ci ildə ölmüşdür və kəndin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X11 xx.xx.1991-ci il tarixdə Qubadlı rayonunun Ulaşlı kəndində doğulmuşdur. X2, anası X3r. İş materiallarında olan və Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə doğulmuşdur. X2, anası X3r. İş materiallarında olan Kavdadaq kənd XDS İcraiyyə komitəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X4 və X9 xx.xx.1988-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 № ilə qeyd edilmişdir. İş materiallarında olan və Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X4 xx.xx.2016-cı ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X9 xx.xx.2016-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023cü il tarixli 3-16-5/8-B-3xx-xx/2023 saylı məktubda göstərilmişdir ki, X6 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olunmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçinin müraciəti təmin edilərək ölüm faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin . 18 mart 1991-ci ildə anadan olmuş X6 iyul 1991-ci il tarixdə Qubadlı rayonunun Ulaşlı kəndində ev şəraitində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-450/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-450/2023
22.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver